MƏDƏNİYYƏT
BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏKLƏR
Oktyabrın 23-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki Vərziş mədəniyyət sarayında Birinci Beynəlxalq Azərbaycan Elmi- Bədii Musiqi Seminarı öz işinə başlayacaqdır.
Tədbirin Azərbaycan və İran xalqları arasında mədəni əlaqələri daha da genişləndirmək məqsədilə keçiriləcəyini vurğulayan Azərbaycan Milli Musiqi Konservatoriyasının prorektoru, sənətşünaslıq doktoru Rafiq İmrani AZƏRTAC -a bildirmişdir ki, üç gün çəkəcək seminarda ölkəmizi 11 nəfər elm adamı və musiqiçi təmsil edəcəkdir. Burada alimlərimizin Azərbaycan və İranın mədəniyyət və musiqi tarixinə, o cümlədən muğam və aşıq musiqisinə həsr olunmuş 6 məruzəsi dinləniləcəkdir. Qonaqların yol və xidmət xərclərini seminarın rəhbərliyi maliyyələşdirəcəkdir.