Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Valyuta Fondu Azərbaycan kimi vaksinləşmə erkən başlayan ölkələrdə yeni inkişaf perspektivləri proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu Azərbaycan kimi vaksinləşmə erkən başlayan ölkələrdə yeni inkişaf perspektivləri proqnozlaşdırır

Bakı, 28 yanvar, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Beynəlxalq Valyuta Fondu (IMF) qlobal maliyyə bazarlarında cari trendlər və gələcək gözləntilər barədə proqnozlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov hesabatdan çıxan mühüm nəticələri şərh edib.

O bildirib ki, IMF-nin proqnozlarındakı ən mühüm nəticə ondan ibarətdir ki, hazırkı şəraitdə vaksinə çıxış anlayışı iqtisadi və maliyyə xidmətlərinə çıxışla tam assosiasiya oluna bilər. Belə ki, indiki halda ölkələr üçün vaksin resurslarının təmin edilməsi onların əhalisinin maliyyə və iqtisadi proseslərin bərpası nəticəsində yaranacaq xidmətlərdən istifadəsi şərtlərini müəyyənləşdirəcək. IMF-nin iqtisadi analizləri vaksinasiya proseslərinin sürətlənməsinin iqtisadi bərpanın güclənməsi və aktivlərin qiymətinin enməsi ilə bağlı riskləri aradan qaldırdığını göstərir. Beləliklə, maliyyə sistemlərinin gələcək sabitliyi hazırkı mərhələdə birbaşa olaraq pandemiya ilə mübarizənin səhiyyə çərçivəsində həll oluna bilmə səviyyəsindən asılı olacaq. Lakin bununla belə, vaksinasiya tam əlçatan olana qədər qlobal miqyasda implementasiyası davam edən fiskal və monetar siyasət üzrə dəstək tədbirlərinin realizasiyası tövsiyə olunur. Eyni zamanda, vaksinə çıxış imkanlarının ölkələrin siyasi çəkisi, maliyyə çatışmazlığı üzündən qeyri-bərabər olması, xüsusilə də inkişafda olan ölkələr üçün əlavə maliyyə sabitliyi problemləri ilə nəticələnə bilər və bu baxımdan, ölkələrə risklərə məruz qala biləcək məsələləri diqqətdə saxlamaq tövsiyə olunur. Bu ölkələrin vaksinasiya ilə təminatı beynəlxalq təşkilatlar və qlobal iqtisadi siyasət dizaynerləri üçün çağırış olaraq qalır. Əks halda, təkcə 2017-2019-cu illərdə qlobal iqtisadi artımın 65 faizini təmin edən bu ölkələrdəki problemli məsələlər qlobal dəyər zəncirlərinə dağıdıcı təsir göstərə bilər ki, bu da pandemiyanı nəzarət altına alan ölkələrdə belə yeni maliyyə sabitliyi çağırışları formalaşdıra bilər.

Hesabatdan çıxan ən mühüm müsbət məqamlardan biri ondan ibarətdir ki, 2021-ci ildə inkişafda olan ölkələr üçün yaxşı maliyyələşmə imkanlarının yaranacağı qeyd olunub. Artıq turizm və aviasiya xidmətləri də 2020-ci ilin sonundan etibarən bərpa olunmağa başlayıb ki, bu da qlobal maliyyə axınlarının dövriyyəsinə müsbət təsir göstərəcək. Hazırkı qlobal iqtisadi mənzərədəki qeyri-müəyyənliklərə baxmayaraq, investorlar 2021-ci ildə iqtisadi yüksəliş olacağı barədə əmindirlər, xüsusilə də, müxtəlif ölkələrdə pandemiya ilə mübarizə çərçivəsində yürüdülən dəstək siyasətləri qarşıdakı yaxın müddət ərzində baş verə biləcək mümkün iqtisadi narahatlıqları neytrallaşdıracaq. Hazırda ABŞ kimi meqa-səhm bazarlarında uzunmüddətli faiz dərəcələri artımının müvəqqəti olması, növbəti illərdə çox aşağı faiz dərəcələri və səhmlərin dəyərinin isə artımı əsas gözləntilərdəndir. Əlbəttə bu da qlobal maliyyə sistemlərinə müsbət təsir edəcəkdir.

Pandemiyanın iqtisadi təsirləri ilə bağlı çıxan ən mühüm nəticələrdən biri ondan ibarətdir ki, qlobal iqtisadiyyat “Böyük depressiya”dan sonra ən böyük çağırış olan pandemiya böhranı ilə mübarizədən gözlənildiyindən daha yaxşı çıxa bildi. Örnək olaraq, reytinqi neqativ olan (“BBB“ reytinqi və daha neqativ iqtisadi gözləntilər) şirkətlərin sayı qlobal miqyasda 3 dəfə artsa da, defolt dərəcəsi ötən dövrlərin pik həddindən xeyli aşağıdır. Heç şübhəsiz ki, bu da birbaşa olaraq ölkələrin ümumi daxili məhsullarının əhəmiyyətli bir hissəsinin mübarizə tədbirlərinə sərf edilməsi ilə bağlıdır.

Ölkələrin maliyyə sabitliyinə təhdid törədən məqamlardan biri dünyada getdikcə kəskinləşən borc problemləri ilə bağlıdır. Hesabatın təhlili kapital bazarlarının inkişafının borc problemlərinin həlli və ümumilikdə maliyyə sabitliyində nə qədər mühüm önəmə malik olmasını göstərir. Xüsusilə də, “borc resursları ilə yüklənən bu ölkələr”də məhz kapital bazarlarının məhdud olması gələcək makroiqtisadi sistematik risklərə səbəb ola bilər. Əvəzində isə, kapital bazarlarının inkişaf etdirilməsi maliyyə bazarlarında yaranan risklərin mitiqasiyası üçün inkişafda olan ölkələrə əlverişli imkanlar yaradar. Azərbaycan pandemiya ilə mübarizəni faktiki olaraq öz daxili fiskal resursları hesabına təmin etməklə və xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən biri kimi öz mövqeyini qoruyub saxlaya bilib.

Qlobal bank sektoru ilə bağlı IMF-nin hesablamaları onu göstərir ki, bank sektoru yüksək likvidlik və kapital buferləri hesabına və maliyyə bazarlarında mərkəzi banklar tərəfindən yürüdülən dəstək siyasəti sayəsində pandemiyanın əks təsirlərindən yayına bilib. Bank sektoru üçün, xüsusilə də inkişafda olan ölkələrdə korporativ borclar, bank olmayan kredit təşkilatlarında həssas maliyyə vəziyyəti, maliyyə bazarlarına çıxış, gəlirliliyin azalması kimi çağırışlarla adekvat mübarizə aparmaq üçün IMF makroprudenisal siyasət çərçivəsinin formalaşdırılmasını tövsiyə edir. Həmçinin qlobal bank sektorunda faiz dərəcələrinin aşağı olduğu bir şəraitdə bankların kredit ekspansiyası siyasəti yürütməsi və mənfəətlilik məsələləri çağırış olaraq gözləyir. Azərbaycanın bank sektorunda qəbul edilən dəstək tədbirləri nəticəsində sektoral sistematik dalğalanmaların və risklərin qarşısı alınıb. Bank sisteminin sağlamlaşdırılmasının ən önəmli indikatorlarından olan ümumi kredit portfelində qeyri-işlək kreditlərin həcmi son 5 ildə ən aşağı həddə düşərək 6 faiz təşkil edib və trendlər bu göstəricinin artım meyli nümayiş etdirmədiyini göstərir. Bununla da, Azərbaycan müvafiq göstəricinin yaxşılaşdırılması istiqamətində tarixən ən yaxşı inkişaf trendləri nümayiş etdirən Sloveniya, Estoniya və Danimarka kimi ölkələrin sırasına qoşulub. Bu isə postpandemiya dövründə müvafiq tənzimləyici çərçivə və skorinq modelləri də daxil olmaqla ən innovativ kreditləşmə siyasəti yeritmə infrastrukturuna malik bank sektoru üçün mənfəətli, riskəsaslı idarəetmə siyasətinə əsaslanan, rəqabətli ekspansionist kredit siyasəti yürütməyə əlverişli imkanlar yaradır.

Göründüyü kimi, qlobal maliyyə sistemlərində ən azı yaxın və ortamüddətli perspektivdə sabitlik vaksinin istehsalı, paylanması və ona çıxış amillərindən asılı olacaq. Bununla belə, maliyyə sabitliyinə nail olunması istiqamətində dəstək tədbirlərinin də bərpa proseslərində çox mühüm rolu var. Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində qəbul etdiyi genişvektorlu tədbirlər böyük iqtisadi əhəmiyyətə malikdir və maliyyə-bank sektorunda gələcək iqtisadi mənzərəni daha da yaxşılaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar