Beyrutda partlayışlar nəticəsində həlak olanların sayı 100 nəfərə çatıb
Bakı, 5 avqust, AZƏRTAC
Beyrutda baş verən partlayışlar seriyası nəticəsində azı 100 nəfər həlak olub, 4 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırmızı Aypara Cəmiyyətinin Livan bölməsi məlumat yayıb. Təşkilatın məlumatına görə, hazırda partlayışların baş verdiyi rayonda axtarış-xilasetmə əməliyyatı davam edir.
Avqustun 4-də Livan paytaxtının liman zonasında bir neçə partlayış baş verib. Partlayış dalğası çox sayda binanı dağıdıb, Beyrut beynəlxalq aeroportunun binasını zədələyib.
Livanın hakimiyyət orqanları partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitratının səbəb olduğunu bildirir.