Biləcəridə şirkətin anbarından dəyəri 32 min manatdan çox əlvan metal oğurlanıb
Bakı, 15 fevral, AZƏRTAC
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32 min 800 manat dəyərində əlvan metalların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini Arzuman Əhmədov, Şəki rayon sakini Hilal Əhmədov, Bakı şəhər sakinləri Elvin Əsgərov və Rövşən İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]