REGİONLAR
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun və Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub
Biləsuvar, 29 dekabr, Mahir Babayev, AZƏRTAC
Dekabrın 29-da Milli Qəhrəman Mübariz İbrahimovun və Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Dəmirli Hüseyn Zeynal oğlunun və Novruzov Fərahim Nadir oğlunun xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev şəhidlərin ailə üzvləri ilə görüşüb. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin biləsuvarlıların qəlbində daim yaşayacağını bildirən M.Quliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliklərini ifadə ediblər.