BİLL GEYTS KOREYA RESPUBLİKASI PREZİDENTİNİN MÜŞAVİRİ OLMAĞA RAZILIQ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Microsoft” korporasiyasının başçısı Bill Geyts Koreya Respublikasının Prezidenti Li Men Bakın müşaviri olmağa və ona iqtisadi və sosial problemlərə dair tövsiyələr verməyə razı olmuşdur. Bunu B.Geyts özü dövlət başçısı ilə görüşdüyü Seulda jurnalistlərə bildirmişdir.
Cənubi Koreya Prezidenti söhbət zamanı korporasiyanın prezidentinə onun “beynəlxalq müşaviri” olmağı təklif etmişdir. L.M.Bak B.Geytsin rəhbərlik etdiyi xeyriyyə fondunun fəaliyyətinə də maraq göstərmişdir.
Xatırladaq ki, “Microsoft”un başçısı planetin ən varlı adamlarından (hesabla üçüncüsü) biridir. Onun var-dövləti 58 milyard dollar məbləğində qiymətləndirilir.
“Forbes” jurnalının yazdığına görə, ən varlı adamlar siyahısında birinci yeri “Berkshire Hathaway Inc” investisiya şirkətinə başçılıq edən amerikalı milyarder (62 milyard dollar) Uorren Baffet tutur. Meksikalı telekommunikasiya maqnatı Karlos Slim (60 milyard dollar) ikinci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]