Bill Qeyts qripə qarşı mübarizə üçün 12 milyon dollar ayıracaq
Vaşinqton, 28 aprel, AZƏRTAC
Amerikalı sahibkar və ictimai xadim Bill Qeyts qripə qarşı universal vaksinlə bağlı tədqiqatların maliyyələşdirilməsi üçün 12 milyon dollar vəsait ayıracağını bəyan edib.
AZƏRTAC xəbər verir ki, Bill Qeyts Bostonda Massaçusets Tibb Cəmiyyətinin illik yığıncağında çıxış edib. O bildirib ki, “Bill və Melinda Qeyts Fondu” belə bir vaksinlə bağlı tədqiqatların həyata keçirilməsi üçün Google şirkətinin həmtəsisçisi və Alphabet şirkətinin baş direktoru Larri Peyc və onun xanımı Lüsi Peyc ilə əməkdaşlıq edir. Qeyts qrip təhlükəsi barədə söhbət açaraq deyib ki, yüz il bundan əvvəl - 1918-ci ildə İspan qripi epidemiyası nəticəsində dünyada 50 milyon insan həlak olub. Əgər oxşar miqyaslı epidemiya təkrarlanarsa, altı ay ərzində təxminən 30 milyon insan məhv ola bilər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]