BİNƏQƏDİ RAYONUNDA İMƏCİLİK KEÇİRİLMİŞDİR
Binəqədi rayon İcra Hakimiyyəti Prezident Heydər Əliyevin “Xalqımız həmişə yaradıcı, qurucu xalq olubdur” müdrik kəlamını rəhbər tutaraq sentyabrın 13-də iməcilik keçirmişdir.
İcra Hakimiyyətindən müxbirimizə bildirmişlər ki, rayon ictimaiyyəti tədbirdə fəal iştirak etmişdir. Məktəb və uşaq bağçalarının həyətlərində, parklarda çoxlu ağac əkilmiş, yolların kənarında, həyətlərdə təmizlik və abadlıq işləri görülmüşdür.
Rayon rəhbərliyi sakinlərə, iş adamlarına, müəssisə və təşkilatların, elm və təhsil ocaqlarının müdiriyyətlərinə müraciət edərək, əhalinin sağlamlığı, rahatlığı, istirahəti üçün böyük əhəmiyyəti olan təmizlik, səliqə-sahman, abadlıq işlərinə biganə qalmamağa, paytaxtımızı daha da gözəlləşdirməkdən ötrü səylərini əsirgəməməyə çağırmışdır.
İməcilik bazar günü davam etdiriləcəkdir.