Binəqədi rayonunda qadının çantasını soyğunçuluq yolu ilə alan şəxs yaxalanıb
Bakı, 29 aprel, AZƏRTAC
Paytaxtda soyğunçuluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da paytaxt sakini G.Musayevanın içərisində 80 manat və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən R.Şükürov yaxalanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.