CƏMİYYƏT
Binəqədi rayonunda qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Rusiya Federasiyasının vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyənləşib.
Evə baxış zamanı dini təyinatlı - xristianlığı təbliğ edən beş kitab, 113 CD disk və 28 min vizit kart aşkarlanaraq götürülüb.
Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilib və onlar ölkə hüdudlarından kənara çıxarılıblar.
Faktla bağlı araşdırmalar aparılır.