Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Bakı, 27 aprel, AZƏRTAC
Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonu ərazisindəki 3 həyətyanı sahədən üç ədəd velosiped oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini E.Məmmədov Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları isə aprelin 23-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri F.Abbasovu, Z.Əhmədovu və T.Qarayevi yaxalayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]