İDMAN
Birinci Avropa Oyunlarında boks yarışlarının ikinci günü gərgin idman mübarizəsi ilə yadda qalıb
![](/files/galleryphoto/2015/2/1200x630/14345695764963119352_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345695763875749560_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345695762069847285_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434569576141583239_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345695761490611479_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143456957618637595_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345695765849458221_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434569576289836361_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345695765165830442_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143456957637357621_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345695762953626146_1200x630.jpg)
Bakı, 17 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
İyunun 17-də birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən kişilər arasında boks yarışının ikinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün ilk yarısında rinqə 69 və 81 kiloqram çəki dərəcələrində idmançılar çıxıblar. Bu çəki dərəcələrində İspaniya, Ukrayna, Gürcüstan, İrlandiya, İsveçrə, Bosniya və Herseqovina, Fransa, Macarıstan və Slovakiya idmançıları növbəti mərhələyə vəsiqə qazanıblar.
Günün ikinci yarısında tamaşaçılar 56, 64, 75 və 81 kiloqram çəki dərəcələrində çıxış edən boksçuların gərgin mübarizələrinə şahidlik ediblər.
Günün yekun nəticələrinə əsasən 56 kiloqram çəki dərəcəsində Bolqarıstan və Böyük Britaniya, 64 kiloqramda Fransa, Rusiya, Gürcüstan, İsveç və Ukrayna, 69 kiloqramda İspaniya, Ukrayna, Gürcüstan və İrlandiya idmançıları onaltıdabir final mərhələsinə yüksəliblər. Bu mərhələdə çıxış etmək hüququ qazanan digər idmançılar isə 75 kiloqramda Finlandiya və İrlandiya, 81 kiloqramda İsveçrə, Bosniya və Herseqovina, Fransa, Macarıstan, Bolqarıstan, Slovakiya, Almaniya və Monteneqro idmançıları olublar.