İDMAN
Birinci Avropa Oyunlarında Rusiya yığmasının bütün mükafatçılarına zərgərlik məmulatı olan fərqləndirmə döş nişanları təqdim olunacaq
![Birinci Avropa Oyunlarında Rusiya yığmasının bütün mükafatçılarına zərgərlik məmulatı olan fərqləndirmə döş nişanları təqdim olunacaq](/files/2015/2/1200x630/14345558153406543644_1200x630.jpg)
Moskva, 17 iyun, AZƏRTAC
Rusiya Olimpiya Komitəsi Soçi Olimpiadasının yekunlarına dair 2014-cü ildə başlanmış Olimpiya Oyunlarının qaliblərini və mükafatçılarını zərgərlik məmulatı ilə mükafatlandırmaq ənənəsini davam etdirəcək. Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının bütün mükafatçılarına zərgərlik məmulatı olan fərqləndirmə döş nişanları təqdim olunacaq. Rusiya Olimpiya Komitəsinin planına görə, bu fərqləndirmə rəmzi idmançıların ölkə qarşısında xidmətlərini qeyd etməyə, “həmişə sinəsində olan” medalla adi həyatda da qalib statusunu vurğulamaq üçün lazımdır.
Xatirə nişanları konsepsiyası Rusiya Olimpiya Komitəsinin rəsmi təchizatçısı və “Bakı - 2015” birinci Avropa Oyunları medallarının dizayn müəllifi “ADAMAS” şirkəti tərəfindən işlənib hazırlanıb. Mükafatların dizaynı birinci Avropa Oyunlarının ideyalarını, bu Oyunların keçirildiyi regionun nadir xüsusiyyətlərini, habelə Rusiyanın idman ənənələri ilə əlaqədarlığı əks etdirəcək. Məsələn, döş nişanları “Bakı - 2015”-in əsas rəmzi olan nar formasında hazırlanacaq, ROK-un emblemi olan Olimpiya məşəlinin stilizə edilmiş alovu tamamlanacaq. Rusiya idmançıları üçün mükafatlar brilyantla işlənmiş qiymətli metallardan hazırlanacaq. Mükafatların sayı qaliblərin və mükafatçılarına sayına uyğun olacaq. Bu rəqəm Avropa Oyunlarının yekunlarına görə müəyyən ediləcək.
Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib: “Mükafatların dizaynı həm birinci Avropa Oyunlarının keçirildiyi regionun unikal xüsusiyyətlərini, həm də Rusiyanın şanlı idman ənənələri ilə əlaqədarlığı əks etdirəcək. Döş nişanları “Bakı-2015”-in əsas rəmzi olan nar formasında yerinə yetiriləcək, ROK-un emblemi olan Olimpiya məşəlinin stilizə edilmiş alovu ilə tamamlanacaq. Zənnimcə, nəfis və qəşəng alınıb və bu parlaq hadisə haqqında xoş xatirəyə çevriləcək”.
“ADAMAS”-ın icraçı direktoru Maksim Vaynberq vurğulayıb: “Biz idmançılarımızın dəstəklənməsinə daha bir töhfə vermək imkanına görə qürur duyuruq və Rusiya yığmasına yeni-yeni uğurlar arzulayırıq. Əminəm ki, onlar bizi “Bakı-2015” Avropa Oyunlarında gözləyirlər. Şirkətimizin unikal təcrübəsi sayəsində bizə əlamətdar idman hadisələrinin çoxunda iştirak etmək xoşbəxtliyi nəsib olub. Çempionlarla söhbətimiz zamanı əmin olmuşuq ki, hər bir qələbənin arxasında bir peşəkar kimi təşəkkülün dərin emosional tarixi var. Biz səmimi qəlbdən çalışmışıq ki, “Bakı -2015” Oyunlarındakı qələbə idmançılarımız üçün çox dəyərli xatirəyə çevrilsin. Birinci Avropa Oyunları üçün medalların dizaynını işlədiyimiz kimi hər kəsin öz qələbəsini görə biləcəyi əsl şedevr yaratmağa çalışmışıq.
Xatirə nişanları payızda keçiriləcək “Rusiya Olimpiyaçılarının Balı - 2015” təntənəli tədbiri çərçivəsində təqdim olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva