İDMAN
Birinci Avropa Oyunlarının məşəli Belarus MOK-un muzey kolleksiyasını bəzəyəcək
Minsk, 28 iyun, AZƏRTAC
AZƏRTAC Belarus Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytına istinadla xəbər verir ki, "Bakı-2015"in Təşkilat Komitəsi Avropa Oyunlarının məşəlini Olimpiya çempionu Dmitri Dovqalenokun başçılıq etdiyi Belarus nümayəndə heyətinə təqdim edib.
Birinci Avropa Oyunlarının məşəlinin dizaynı ənənəvi Azərbaycan döymə üsulunun tətbiqi ilə hazırlanıb. Məşəlin 660 millimetr hündürlüyündə gövdəsi "Bakı - 2015"in brendini - nar ağacını xatırladır.
Məşəl Belarus MOK-un mənzil-qərargahının muzey ekspozisiyasında nümayiş etdiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk