İQTİSADİYYAT
Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 50,7 milyon kubmetrə yüksəlib
![Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 50,7 milyon kubmetrə yüksəlib](/files/2021/1/1200x630/16197024826013749633_1200x630.jpg)
Bakı, 29 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) sutkalıq orta ötürücülük gücü 50,74 milyon kubmetr təbii qaz təşkil edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, birinci rübdə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 13 milyon dollardan çox əməliyyat və 2 milyon dollar xərclər sərf olunub.
Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator) 28,8 faiz, “AzSCP” 10 faiz, “Cənub Qaz Dəhlizi Midstrim” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.