Birinci rübdə qiymətli kağızlar bazarında 6.2 milyard manat həcmində əməliyyat aparılıb
Bakı, 24 aprel, AZƏRTAC
Birinci rüb ərzində qiymətli kağızlar bazarında 6.2 milyard manat həcmində əməliyyat aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur. Əməliyyatların 48 faizi (3 milyard manat) ilkin bazarda, 52 faizi (3.2 milyard manat) isə təkrar həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, törəmə maliyyə alətləri üzrə 2.6 milyard manat həcmində əməliyyat baş tutub ki, onun da 90 faizi (2.3 milyard manat) valyuta əsaslı fərq müqavilələrinin payına düşür.
Birinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 milyon manat (56 faizi və ya 120 milyon manat Mərkəzi Bankın notları ilə) olub.
Hesabat dövründə ümumilikdə 4.1 milyard manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.
Birinci rüb üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərində öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]