Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN İQTİSADİYYAT VƏ PLANLAŞDIRMA NAZİRİ XANIM ŞEYXA LUBNA AL QASİMİNİN ÇIXIŞI

-Bismillahir-rəhmanir-rəhim!

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Mən Zati-alinizi Birləşmiş Ərəb Əmirliklərinin hökuməti və ölkəmizin işgüzar dairələri adından səmimi qəlbdən salamlayıram. Zati-aliləri, səfəriniz zamanı vaxt tapıb bu gün buraya bizimlə görüşə gəldiyinizə və bizimlə birlikdə olduğunuza görə Sizə minnətdarıq və çox məmnunuq. Bilirik ki, Sizin səfər proqramınız çox gərgindir. Biz hər iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə bu gün burada keçirilən mötəbər məclisi mövcud olan əməkdaşlığın inkişaf etdirilməsi, habelə daha da genişləndirilməsinin yeni yollarının araşdırılması üçün münasib bir fürsət kimi dəyərləndiririk. İki xalqın rifahı naminə biz bir çox işləri görə bilərik.

Zati-aliləri!

Hörmətli qonaqlar!

Biz Sizin iqtisadi möcuzənizi, ölkənizdə gedən sürətli və hərtərəfli iqtisadi inkişafı böyük maraqla izləyirik. Biz rəhmətlik atanız Heydər Əliyevin ölkənin gələcəyi naminə müdrik rəhbərliyini, uzaqgörənliyini və göstərdiyi böyük səyləri iftixar hissi ilə yüksək qiymətləndiririk. Zati-alinizin ölkə infrastrukturunun yeniləşməsinə, təsisatların müasirləşdirilməsinə və neftə əsaslanan iqtisadiyyatdan daha çoxşaxəli iqtisadiyyata keçidin təmin edilməsinə yönəldilmiş səylərini də böyük məmnuniyyətlə müşahidə edirik. Gözəl ölkənizin Prezidenti seçildikdən sonra Siz bütün təcrübənizdən milli neft və qaz sektorunun daha da inkişaf etdirilməsi üçün istifadə etdiniz. Səyləriniz uğurlu olmuşdur. Əsas neft şirkətləri ilə tərəfdaşlıq haqqında imzaladığınız müqavilələr ÜDM-i üç dəfə artırmağa imkan yaratmışdır və əminik ki, gələcəkdə həmin həcm iki dəfə artacaqdır. Düşünülmüş iqtisadi idarəçilik sayəsində 2005-ci ildə ÜDM-in artımı 26 faizdən çox olmuşdur. Adambaşına düşən gəlirin həcmi də artmışdır. Beynəlxalq ekspertlər bu gün o fikirdədirlər ki, yaxın zamanlarda ölkəniz keçid dövrünü yaşayan iqtisadiyyatdan yeni və sürətlə inkişaf edən iqtisadiyyata çevriləcəkdir.

Zati-aliləri!

Birləşmiş Ərəb Əmirliklərində biz böyük Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdən və ölkənizdə əldə edilmiş böyük uğurlardan olduqca məmnunuq. Hesab edirəm ki, həmin strategiyanı inkişaf etdirərək, Siz çox qısa müddət ərzində ölkənizin hərtərəfli inkişafına nail olacaqsınız. Biz həmçinin inanırıq ki, neft gəlirləri əsasında bütün iqtisadiyyatın şaxələndirilməsi yaxın zamanlarda baş tutacaqdır.

Biz öz ölkəmizdə artıq buna nail olmuşuq. Yəni hazırda biz neftin qiymətlərinin dəyişməsindən o qədər də asılı deyilik. Bu, məhz qətiyyətlə apardığımız şaxələndirilmiş və bir çox sahələri əhatə edən iqtisadiyyatın qurulması prinsipinə əsaslanan siyasətimiz nəticəsində mümkün olmuşdur. Bizim iqtisadiyyatımızın müxtəlifliyi məhz müasir texnologiyalara, o cümlədən informasiya və kommunikasiya texnologiyalarına, habelə turizm, dəniz daşımaları, maliyyə, bankçılıq və sığorta xidmətlərinə, azad ticarət zonasının olmasına əsaslanır. Hazırda biz tikinti materialları, toxuculuq, əczaçılıq və kimya məhsulları, yeyinti sənayesində emal maşınlarını ixrac edən ölkəyik. Bu siyahını davam etdirmək də olar.

Bundan əlavə, biz xidmət sahəsində peşəkar məsləhətləri veririk. Məsələn, turizm, nəqliyyat, aviasiya kimi sahələrdə də böyük işlər görürük. Bir məsələni yaddan çıxarmaq lazım deyil ki, bütün bu sahələrdə ən münasib müasir texnoloji yeniliklər tətbiq edilir. Uğurlar yalnız istehsalın artırılması və yeni xidmət sahələrinin yaradılması ilə məhdudlaşmır. Eyni zamanda, sahibkarlığın inkişaf etdirilməsi də nəzərdə tutulur. Belə olan halda, görülən işlərin əhəmiyyəti artır. Biz bu təcrübəmizi digər ölkələrlə də bölüşməyə hazırıq.

Biz qardaş Azərbaycan xalqının daha yaxşı şəraitdə yaşamasını və iqtisadiyyatının daha da inkişafını arzulayırıq. Ölkələrimiz sülh və rifahın möhkəmlənməsi sahəsində işləmək istəyir, çünki yerləşdiyimiz regionlar həssasdır. Coğrafi yaxınlığımızı və birliyimizi nəzərə alaraq, hər iki ölkə Körfəz və Xəzər regionları arasında ümumi əməkdaşlığın qurulmasından faydalana bilər və hər iki region, habelə dünya birliyi üçün uğurlu nəticələr qazana bilər. Biz ümumi məqsəd və ideallarımızın gerçəkləşməsi üçün bir çox işlər görə bilərik. Bu gün, biz iki ölkə arasında əməkdaşlıq haqqında 11 sazişin imzalanmasının şahidi olduq. Bu, hər iki tərəfin böyük nailiyyətidir.

Zati-aliləri, əminəm ki, ölkəmizə səfəriniz ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına xidmət edəcəkdir. Biz qarşılıqlı əlaqələrin bir çox aspektlərini müzakirə edə bildik. 2003-cü ilin avqust ayında biz Azərbaycanla bir sıra sazişləri imzalamışdıq. Bu gün artıq ikiqat vergiqoymanın aradan qaldırılması və ikitərəfli sərmayələrin qorunması barədə, aviasiya sahəsində də saziş bağladıq. Eyni zamanda, Abu-Dabi İnkişaf Fondu vasitəsilə sürətli avtomobil yolunun çəkilməsi kimi böyük infrastruktur layihələrinizə kömək etməkdən şərəf hissi duyuruq.

Ticarət və sərmayə sahəsində işlər daha da genişləndirilə bilər. Mən 2005-ci ildə ən yüksək artım göstəricilərinə nail olunduğu bir vaxtdan ikitərəfli ticarət münasibətlərinə nəzər yetirdim və gördüm ki, il ərzində ölkənizə etdiyimiz ixracın həcmi təqribən 4,5 milyon ABŞ dolları təşkil etmişdir. Bu sahədə də səylərimizi artırmalıyıq.

Turizmə gəldikdə, onu deyə bilərəm və zənnimcə, Siz də təsdiqləyə bilərsiniz ki, gözəl ölkənizin görməli yerlərinə səfər edən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı artmışdır. Ölkənizin əsrarəngiz təbiəti, onun açıqlığı və mehriban qonaqpərvərliyi bir çox soydaşlarımızı Azərbaycana cəlb etmişdir. Əminəm ki, hər iki istiqamətdə - ikitərəfli iqtisadi əlaqələrin inkişafı və turizm sahəsində böyük inkişaf müşahidə olunacaqdır. Hazırda hər iki ölkənin infrastrukturu və nəqliyyat xətləri istifadə oluna bilər. Bundan əlavə, fikrimcə, turizm sahəsinə sərmayələrin təşviqi üçün turizm imkanları barədə məlumat verən nəşrlər artırılmalı və Bakının həmin region və qonşu ölkələr üçün transturizm nöqtəsi olması barədə məlumatı yaymalıyıq.

Birbaşa yatırılan sərmayələr də ikitərəfli qaydada həyata keçirilməlidir. Əminəm ki, Azərbaycanın iş adamları və istehsal müəssisələrinin rəhbərləri ölkəmizdəki böyük imkanlardan yararlana bilərlər. Biz bütün dünyadan gələn sərmayələrə açıq ölkəyik. Ölkəmizə dünyanın bütün ölkələrindən qonaqlar gəlir. Biz onlar üçün hər cür faydalı və əlverişli iş şəraiti təmin edirik. Bir çox ölkələrdə, xüsusən də Mərkəzi Asiya ölkələrində uğurlar əldə etmiş və sərmayə yatırmış azərbaycanlı iş adamları ölkəmizə xoş gəliblər. Ümidvarıq ki, bizim də işgüzar dairələr davamlı şəkildə Sizin ölkədə sahibkarlıq imkanlarını araşdıracaqlar.

Zati-aliləri, bildiyiniz kimi, biz bir çox digər ölkələrlə azad ticarət zonası haqqında ikitərəfli sazişləri imzalamışıq. Hesab edirik ki, ölkəniz Dünya Ticarət Təşkilatına üzv qəbul olunduqdan sonra, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında azad ticarət zonası haqqında saziş imzalana bilər. Eyni zamanda, biz iki ölkənin iş adamlarını Ticarət Palatasında daha tez-tez təkbətək görüşlər keçirməyə həvəsləndirməliyik ki, onlar həm Azərbaycanda, həm bizim ölkədə yeni biznes imkanlarını araşdırsınlar. Hesab edirəm ki, Abu-Dabi Ticarət Palatasında bugünkü görüş həmin niyyətin bariz nümunəsidir. Bir sözlə, yolumuz açıqdır. Qarşınızda qoyduğunuz vəzifələrin qısa müddət ərzində yerinə yetirilməsində Zati-alinizə öz fikirlərimiz və işbirliyimizlə dəstək verməyə hazırıq. Hesab edirəm ki, nümayiş etdirməyə layiq olan bir çox nailiyyətlərimiz artıq var.

Zati-aliləri, çıxışımı bitirərək onu deməliyəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq mühiti ikitərəfli əlaqələrin mövcud səviyyəsinə nisbətən olduqca yaxşıdır. Görüləcək işlər çoxdur və biz bunları sürətlə edə bilərik. Əgər Siz addımlamağa yox, sürətlə getməyə üstünlük versəniz, biz Sizin arxanızca eyni sürətlə gedəcəyik. Biz qarşılıqlı ticarəti, sərmayə qoyuluşunu və turizm əlaqələrini mümkün qədər yüksək səviyyəyə çatdırmalıyıq. Yaxşı cəhət odur ki, həmin məqsədə nail olmaq mümkündür. Belə bir ruhda biz işlərimizi yerinə yetirəcəyik.

Qoy, Allah-taala bizə və əməkdaşlığımıza yardımçı olsun!

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO