Birləşmiş Ştatların neft ehtiyatları artıb
Bakı, 25 yanvar, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın neft ehtiyatları ötən hesabat həftəsində 8 min barrel (1,8 faiz) artaraq 445 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 42 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 2,7 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 4,1 milyon barrel (1,6 faiz) artaraq 259,6 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 2,6 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə ABŞ-ın benzin ehtiyatları 7,5 milyon barrel artmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]