BİŞKEKDƏ MDB TƏHLÜKƏSİZLİK VƏ XÜSUSİ XİDMƏT ORQANLARI RƏHBƏRLƏRİ ŞURASININ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdə MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 24-cü iclası keçirilmişdir. İclasda ölkəmizi milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Nağıyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Tədbirin əvvəlində Qırğızıstan milli təhlükəsizlik komitəsinin sədri Marat Sutalinov iştirakçıları salamlayaraq bildirmişdir ki, beynəlxalq terrorizmə qarşı mübarizə, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması bizim əsas vəzifəmiz olmalıdır.
İclasda beynəlxalq terrorizm və ekstremizmlə mübarizə tədbirlərinin gücləndirilməsi, cinayət yolu ilə əldə olunmuş vəsaitin silinməsi, terrorçuların maliyyə mənbələrinin müəyyənləşdirilməsi və dondurulması istiqamətində birgə razılaşdırılmış fəaliyyət mexanizmlərinin hazırlanması, ölkələr arasında informasiya mübadiləsinin gücləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdə 2007-ci ildə Düşənbədə keçirilən zirvə görüşündə qəbul olunmuş MDB-nin gələcək inkişaf konsepsiyasının həyata keçirilməsinə dair tədbirlər planı da diqqət mərkəzində olmuşdur.
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev şuranın iclası çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]