SİYASƏT
BMT-nin baş katibi Dünya Ərzaq Günü münasibətilə müraciət etmişdir
Bakı, 16 oktyabr (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun 16 oktyabr- Dünya Ərzaq Günü münasibətilə müraciət etmişdir.
BMT-nin İnformasiya Departamentindən AZƏRTAC-A bildirmişlər ki, müraciətdə deyilir: ”Hər gün 840 milyondan artıq insan bolluq dünyasında aclıq çəkir. Bu fakt özü-özlüyündə mənəvi təsir və birgə səylərin səbəbi olmalıdır.
Lakin problem daha dərində kök salmışdır. İki milyard insan “gizli aclıq” adlanan pis qidalanmadan əziyyət çəkir. Pis qidalanma, həmçinin 1,4 milyard insanın çəkisindən artıq olması, təxminən üçdə bir hissəsinin kök olması və ürək-damar, şəkər və ya digər xəstəliklər təhlükəsində olması deməkdir.
Pis qidalanmanın və son nəticədə hər bir insanın ərzaqla təmin olunma hüququnun əsasını kənd təsərrüfatı məhsullarının istehsal, emal edildiyi və dayanıqlı tərzdə istehlakçılara çatdırıldığı ətraf mühiti, insanları, müəssisə və prosesləri əhatə edən daha düzgün yanaşmalar, siyasət və sərmayələri əhatə edən daha yaxşı ərzaq sistemləri təşkil edir.
Dünyanın bir çox ölkəsinin bizim Sıfır Aclıq Çağırışımıza qoşulmasını və dayanıqlı ərzaq sistemi naminə birgə çalışmaq öhdəliyini üzərinə götürməsini duymağa məmnunam.
Biz yalnız birlikdə hər bir kəsin hər gün yetərli və tutumlu qida ilə təmin olunmasına yardım edə bilərik. Bu gün-Dünya Ərzaq Günündə gəlin həyatımızda hər kəs üçün sıfır aclığa nail olmaq məqsədini qarşımıza qoyaq”.