Böhran "Airbnb"a güclü zərbə endirib
Budapeşt, 27 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının yaratdığı iqtisadi koma qısamüddətli mənzil icarəsi sisteminə güclü zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu sistemlərdən ən böyüyü - "Airbnb" ciddi ziyana uğrayıb, çünki Avropanın turizm bazarı praktiki olaraq çöküb. Axı "Airbnb" vasitəsilə mənzillər də əsas etibarilə yalnız turistlərə, ezamiyyətdə olanlara və qısa müddətə gələnlərə icarəyə verilirdi.
BBJ işgüzar qəzeti yazır ki, cari ilin birinci rübünün sonuna olan məlumata görə, təkcə Budapeştdə uzunmüddətli icarəyə verilən mənzillərin sayı ötən illə müqayisədə 72 faiz artaraq 12.371 vahid təşkil edib. Rüblərarası sıçrayış 86 faiz təşkil edib. Mənzil sahiblərinin çoxu qısamüddətli icarədən uzunmüddətli icarəyə keçirlər, çünki yaxın aylarda turistlərin axınının bərpa olunacağına ümid bəsləməyə dəyməz.
Mütəxəssislərin fikrincə, bu, koronavirus pandemiyası fonunda 1,5 günlük mənzil icarəsində böhranla bağlıdır. Eyni zamanda, uzunmüddətli mənzil icarəsinin qiyməti çox cüzi - cəmi 1 faiz azalmağa başlayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]