Boksçumuz Lorenzo Sotomayor “Rio-2016”ya qələbə ilə başlayıb
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan boksçusu Lorenzo Sotomayor (64 kq) Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, ilk Avropa Oyunlarının qalibi olan boksçumuz Ukrayna idmançısı Volodimir Matviçuk ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Lorenzo Sotomayor qalib gələrək növbəti mərhələyə adlayıb.