Azərbaycan Dövlət İnformasiya Agentliyi

BOLQARISTAN AZƏRBAYCAN ÜÇÜN DOST ÖLKƏDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOLQARISTANIN MÜDAFİƏ NAZİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Prezident sarayında Bolqarıstan Respublikasının müdafiə naziri Nikolay Svinarovu və onu müşayiət edən şəxsləri qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:

-Hörmətli cənab nazir, hörmətli qonaqlar, mən sizi Azərbaycanda salamlamaq, ölkəmizə səfərinizin xoş keçməsini və uğurlu iş arzulamaq istəyirəm. Hesab edirəm ki, burada keçirəcəyiniz vaxt əməkdaşlığımız üçün də, daha yaxından ünsiyyət və tanışlıq üçün də faydalı olacaqdır.

Ölkələrimiz arasında çox mehriban münasibətlər yaranmışdır. 1995-ci ildə Prezidentimiz Heydər Əliyev Bolqarıstanda rəsmi səfərdə olmuş və səfər zamanı qarşılıqlı münasibətlərimizə dair mühüm sənədlər imzalamışdır. Çox əhəmiyyətlidir ki, belə əməkdaşlıq davam etsin və yeni məzmunla dolğunlaşsın. Ötən il hərbi əməkdaşlığa dair razılaşmalar əldə edilmişdir və Azərbaycana səfəriniz göstərir ki, bu sahədə də uğurlu iş gedir.

Bolqarıstan bizim üçün dost ölkədir, onu uzun illərdən bəri tanıyırıq. Əlbəttə, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün ölkələrlə, o cümlədən əvvəllər bizi dostluq tellərinin bağladığı ölkələrlə çox konstruktiv, mehriban münasibətlər yaradırıq. Ona görə də hesab edirəm ki, müdafiə nazirlikləri arasında da, bir çox digər sahələrdə də əməkdaşlıq münasibətlərimizin gələcəyi çox uğurlu olacaqdır.

Mən Sizi bir daha salamlamaq istəyirəm. Ümidvaram ki, Azərbaycana səfəriniz sizin üçün yaddaqalan olacaq və əlaqələrimiz gələcəkdə də fəal inkişaf edəcəkdir.

Bolqarıstanın müdafiə naziri NİKOLAY SVİNAROV səmimi və mehriban qəbula görə Azərbaycan dövlətinin başçısına təşəkkür edərək dedi:

-Cənab Prezident, Sizin dövlət başçısı seçilməyinizdən və bu vəzifəyə başlamağınızdan dərhal sonra bizi qəbul etməyinizdən böyük şərəf və məmnunluq duyuruq.

Sizin vəzifəyə başlamağınız münasibətilə ölkəmizin Prezidenti adından Sizə təbrik məktubu təqdim etmək barədə fəxri tapşırıq almışam. Ölkələrimiz arasında münasibətlərin çox böyük əhəmiyyəti var və ümidvaram ki, həmkarım müdafiə naziri ilə birlikdə biz bu münasibətlərin inkişafına gücümüz çatan töhfəni verə biləcəyik. Mən Sizə Prezident vəzifəsində işinizdə uğurlar arzulayıram. Siz ölkənin tərəqqi etdiyi dövrdə onu irəli aparacaqsınız və bu, vəzifənizi çətinləşdirir. Ümidvarıq ki, təcrübəniz, hazırlığınız və məsuliyyətliliyiniz parlaq qələbədən sonra Azərbaycan xalqının inkişafına və tərəqqisinə təkan verəcəkdir.

O ki qaldı, bizim idarələrimiz arasındakı münasibətlərə, iki ildir bu, yüksələn xətlə inkişaf edir. Ölkənizin Sofiyada diplomatik və hərbi nümayəndəliklərinin açılması haqqında qərar qəbul olunması üçün öz nüfuzunuzdan istifadə etməyiniz bizdən ötrü çox mühüm olacaqdır. Bu, ölkələrimiz və hərbi idarələrimiz arasında münasibətləri optimallaşdıra bilər, bütün istiqamətlərdə münasibətlərin inkişaf etməsinə gətirib çıxarardı. Ümidvarıq ki, ölkənizin parlamentinin sədrini və xarici işlər nazirini gələn il qəbul edə biləcəyik.

2004-cü ildə Bolqarıstan ATƏT-in sədri olacaqdır. Odur ki, ATƏT-in sədri vəzifəsində Bolqrarıstanın indiyədək həll edilməmiş qalan Dağlıq Qarabağ probleminin həllinə kömək göstərə bilməsi üçün xarici işlər nazirlərinin birbaşa əlaqə saxlaması çox faydalı olardı.

Prezident İLHAM ƏLİYEV səmimi təbriklərə görə minnətdarlıq edərək dedi:

-Sağ olun, cənab nazir. İlk növbədə, xahiş edirəm, təbriklərə görə təşəkkürümü və ən xoş arzularımı cənab Prezidentə yetirəsiniz. Siz doğru dediniz ki, indi Azərbaycan dinamik inkişaf edən ölkədir. Son on ildə ölkəmiz tənəzzül və xaosdan inkişafadək çox böyük yol keçmişdir. Prezidentimiz Heydər Əliyevin on il ərzində apardığı siyasət özünün yeganə düzgün siyasət olduğunu sübuta yetirdi. Bu gün iqtisadi inkişafın səviyyəsi, sosial məsələlərin həlli, cəmiyyətimizi daha da demokratikləşdirmək səylərimiz baxımından Azərbaycan çox dinamik inkişaf edir. Biz dünya və Avropa qurumlarına çox fəal surətdə qoşuluruq, üç ildir ki, Avropa Şurasının üzvüyük.

Avropa Birliyi ilə də münasibətlərimiz çox dinamik inkişaf edir. Beynəlxalq qurumlara inteqrasiyaya yönəldilmiş siyasətimiz davam etdiriləcəkdir.

Bununla yanaşı, əlbəttə, ölkənin qarşısında yeni vəzifələr, böyük problemlər durur. Onlardan biri də, Sizin qeyd etdiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın təcavüzü nəticəsində ərazimizin 20 faizi işğal olunmuş və bir milyon insan qaçqın-köçkün düşmüşdür. Bolqarıstan ATƏT-in sədri funksiyasını öz üzərinə götürəcəkdir və əlbəttə, çox istərdik ki, sizin iştirakınızla ATƏT-in Minsk qrupu bu məsələ ilə daha fəal məşğul olsun. Biz böyük təəssüflə qeyd etməyə məcburuq ki, Minsk qrupunun bütün fəaliyyəti indiyədək heç bir nəticə verməyibdir. Əlbəttə, bunda Ermənistanın qeyri-konstruktiv mövqe tutması da az rol oynamır. Lakin biz bu fikirdəyik ki, XXI əsrdə, Avropanın birləşdiyi bir vaxtda, hər iki ölkənin, əslində, bütün beynəlxalq təşkilatların və Avropa təşkilatlarının üzvləri olduğu vaxtda bir dövlətin digər dövlətin ərazisini işğal etməsi və oradan çıxmaq istəməməsi kimi vəziyyət ola bilməz. Bu, yolverilməz və perspektivsizdir. İndiki dünya və reallıqlar elədir ki, artıq ötən əsrlərin üsulları ilə hərəkət etmək olmaz. Bu gün digər dövlətin ərazisinin işğalına yol vermək mümkün deyildir. Ümidvaram ki, Minsk qrupunun fəaliyyəti məhz beynəlxalq hüquq normalarına riayət edilməsinə əsaslanacaqdır. Biz sizin bu təşkilatda – ATƏT-də sədrliyinizə böyük ümidlə baxır və inanırıq ki, birgə səylərimizlə bu məsələnin həllinə, bir daha təkrar edirəm, beynəlxalq hüquq normalarını əks etdirən ədalətli həllinə nail olacağıq.

Müxtəlif idarələr arasında mövcud olan əlaqələrimiz, əlbəttə, davam etdiriləcəkdir. Biz müxtəlif nazirliklər, nazirlər səviyyəsində əlaqələri məmnuniyyətlə alqışlayacağıq. Çünki bu əlaqələr daha da yaxınlaşmağımıza kömək edəcəkdir.

Dövlətimiz nisbətən gəncdir. Ona görə də istədiyimiz hər yerdə diplomatik və hərbi nümayəndəliklərə malik olmağa imkanımız yoxdur. Əlbəttə, imkan yarandıqca, iqtisadi gücümüz möhkəmləndikcə biz bu məsələni nəzərdən keçirəcəyik və Bolqarıstan siyahıda ön sıralarda olacaqdır. Bir daha təkrar edirəm, Bolqarıstanla, bolqar xalqı ilə əlaqələrimiz çox möhkəm olmuşdur. Azərbaycan Sovet İttifaqının tərkibində olarkən çox geniş əlaqələr vardı. Biz çox şadıq ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında mehriban münasibətlər yaranmışdır. Biz, öz tərəfimizdən, hərbi, siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin inkişaf etməsi üçün səylərimizi əsirgəməyəcəyik. Zənnimcə, bu, ölkələrimizin və xalqlarımızın xeyrinə olacaqdır.

NİKOLAY SVİNAROV: Mən Sizə bir daha uğurlar arzulamaq istəyirəm. Sizin uğurlarınız həm də Azərbaycan xalqının uğurları olacaqdır. Sizdən xahiş edirəm, bizim salamımızı və möhkəm cansağlığı diləyimizi atanıza yetirəsiniz.

` X X X

Qəbulda Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Bolqarıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili İvan Paltsev iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb