Azərbaycan Dövlət İnformasiya Agentliyi

BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOV AZƏRBAYCAN DÖVLƏT TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR

Oktyabrın 8-də Bolqarıstan Prezidenti Georgi Pırvanov onun üçün ayrılmış iqamətgahda – “Ulduz” sarayında Azərbaycan dövlət televiziyasına müsahibə vermişdir.

SUAL: Cənab Prezident, Azərbaycana səfərinizin yekunlarını necə qiymətləndirərdiniz?

CAVAB: Mən səfərimin və aparılmış danışıqların yekunlarından, habelə Azərbaycan torpağında səmimiyyətlə və mehribanlıqla qarşılanmağımızdan məmnun qaldığımı bildirmək istərdim. Bütün səviyyələrdə aparılmış açıq, səmimi və səmərəli danışıqların yekunlarından, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən məmnunam. Biz onunla ölkələrimizin ictimaiyyətini düşündürən bütün aktual məsələləri gündəliyə çıxarmağı təklif etdik. Cənab Prezidentlə bizim diqqəti, ilk növbədə, siyasi dialoqu gücləndirmək, iqtisadi münasibətlərin parametrlərini, habelə humanitar əməkdaşlığın bütün spektrini yenidən nəzərdən keçirmək zərurətinə yönəltmək üçün gözəl imkanımız oldu. Söhbətlərimiz zamanı NATO, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımıza xüsusi diqqət yetirildi. Biz qarşılıqlı əlaqələrimizin perspektivlərini ən geniş spektrdə müzakirə edə bildik.

SUAL: Məlumdur ki, ölkələrimiz arasında müasir qarşılıqlı tərəfdaşlıq münasibətlərinin əsası ümummilli liderimiz Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana tarixi səfəri zamanı qoyulmuşdur. Sizcə, bu gün ölkələrimiz arasında qarşılıqlı münasibətlər necə inkişaf edir və bu münasibətlərin perspektivləri necədir?

CAVAB: Həqiqətən, deməliyəm ki, ümummilli lideriniz Prezident Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana səfəri zamanı qoyulmuş əsaslar olduqca sabitdir. Bu, ilk növbədə elə əsaslardır ki, biz yeni müqavilə-hüquqi münasibətləri onların üzərində qururuq. Diqqətəlayiq haldır ki, indiki səfər zamanı biz bir sıra mühüm saziş imzalaya bildik. Lakin görüləsi işlər hələ çoxdur və buna çalışmaq, yəni heç də az əhəmiyyəti olmayan digər sazişləri imzalamağa hazırlamaq lazımdır.

Bu sazişlər həm iqtisadi, həm də humanitar sahələrə aid olacaqdır. Mənim üçün ən vacibi budur ki, biz konkret layihələrin müzakirəsi sahəsinə keçmişik. Bu konkretlik qarşılıqlı münasibətlərimizi yeni, daha keyfiyyətli müstəviyə çıxarır. Məhz bu, məndə nikbinlik doğurur.

SUAL: Ölkələrimiz Avropa Şurası, Avropa Birliyi kimi müxtəlif beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Sizcə, bu, beynəlxalq əməkdaşlığın bütün spektrinə, o cümlədən ikitərəfli münasibətlərin inkişafına nə kimi töhfə verir?

CAVAB: Şübhəsiz, bu, çox mühüm zəmindir. O da mühümdür ki, keçmişdə də bizim təmas nöqtələrimiz var idi, lakin ən vacibi budur ki, bu təmas nöqtələri gələcək üçün, məhz ümumi strateji məqsədlər üçün də nəzərdə tutulur. Mən Avropa Birliyinin qonşuluq siyasətinin aid edildiyi Azərbaycan və Qafqaz regionunun digər ölkələri ilə də münasibətlərin genişləndirilməsini nəzərdə tutan təşəbbüsünü tamamilə bəyənirəm. İnanıram ki, bu siyasət yeni məzmun kəsb edəcəkdir. Bu, ona görə vacibdir ki, ölkələrin birləşməsi prosesi başa çatdıqdan sonra Avropa onun əraziləri ilə qonşu olan ölkələrə üz tutacaq və bu proses də yeni məzmun kəsb edəcəkdir. Belə ölkələrə, zənnimcə, əzəli Avropa ölkələri olanlar aiddir.

İkinci yerdə mən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı qeyd edərdim. Biz Azərbaycanla müxtəlif təşkilatlarda, o cümlədən BMT-də qarşılıqlı fəaliyyət göstəririk. Məni belə bir fakt sevindirir ki, NATO çərçivəsində, o cümlədən “Sülh naminə tərəfdaşlıq” proqramında mehriban tərəfdaşlığa doğru istiqamət götürmüşük. Biz əminik ki, Bolqarıstan Avropa Birliyinə gedən yolda bundan sonra da irəliləyəcək və bu sahədə müəyyən təcrübə toplamışdır. Bolqarıstan bu təcrübəni Azərbaycandan olan dostları ilə böyük sevinclə bölüşməyə hazırdır. Sözsüz ki, hazırda Bolqarıstanın sədrlik etdiyi ATƏT-də də qarşılıqlı fəaliyyət göstərmək üçün yaxşı imkanlar vardır.

SUAL: Cənab Prezident, Siz, şübhəsiz, bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı üçün ən mühüm və ən qlobal problemdir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təkcə region üçün deyil, Avropa təhlükəsizliyinin bütün sistemi üçün də sabitliyi pozan amildir. ATƏT-də sədrlik edən Bolqarıstan Respublikasının Prezidenti belə münaqişələrin həllini nədə görür?

CAVAB: Deməliyəm ki, Bolqarıstan Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətdən ciddi narahatdır. Bu, müəyyən dərəcədə onunla izah edilir ki, Balkan yarımadasında yerləşən Bolqarıstan özü də ərazisində münaqişəli vəziyyətlərin olması ilə tanınan regiona aiddir. Görünür, Bolqarıstanın ATƏT-in sədri vəzifəsində bu məsələdə böyük fəallıq göstərməsi faktı bununla izah olunur. Həm xarici işlər nazirliyi tərəfindən fəallıq var, həm də Dağlıq Qarabağla bağlı vəziyyətin nizama salınması üçün xüsusi nümayəndə heyətləri göndərilmişdir.

Mənim üçün belə bir fakt çox mühümdür ki, bu vəziyyətin nizama salınması məqsədi ilə müvafiq çıxış yolunun axtarılması üçün bütün səviyyələrdə - prezidentlər və xarici işlər nazirləri səviyyəsində səylər güclənmişdir. ATƏT-in sədri kimi Bolqarıstan, Minsk qrupunun işini fəallaşdırmaqla düzgün həll yolu axtarılmasını davam etdirəcəkdir. Zənnimcə, Minsk qrupu yeni şərait üçün aktual olan fəaliyyət planı təqdim etməlidir. Təbii ki, ATƏT bu məsələdə öz iş parametrlərini hazırlamalıdır.

ATƏT-in fəaliyyəti Avropa Birliyinin və bu məsələnin həllinə öz töhfələrini verə biləcək digər qurumların köməyi ilə yeni çərçivədə genişləndirilə bilər. Bu baxımdan “Sülh naminə tərəfdaşlıq” proqramı faydalı olardı. Bizim bu proqram çərçivəsində ən müxtəlif mövzularda fikir söyləmək imkanımız olmuşdur. Yeri gəlmişkən, Avropa Birliyi bu problemin nizama salınmasına yardım etməyə böyük maraq göstərdiyini bildirmişdir. Məncə, bütün bu qurumlar və təşkilatlar həmin problemin həllinin axtarılmasında işlərini əlaqələndirməlidirlər, çünki bu məsələnin həllinə maraq göstərən təkcə region ölkələrindən ibarət deyildir.

Bolqarıstan bu cəhətdən həmin vəziyyətin sülh, diplomatiya və siyasi yolla nizama salınmasında özünün fəal amil missiyasını davam etdirəcəkdir.

SUAL: Xalqlarımız arasındakı qarşılıqlı mədəni münasibətlərin zəngin tarixi vardır. Bu sahədə qarşılıqlı münasibətlərin gələcəkdə də dərinləşdirilməsi yollarını nədə görürsünüz?

CAVAB: Bəli, həqiqətən, əvvəllər bizim bir çox təmas nöqtələrimiz olub. Lakin mən həm də inanıram ki, ölkələrimizin dövlət xadimləri xalqlarımızın tanış olması və bir-birini yaxından öyrənməsi üçün səy göstərəcəklər.

Mənim Bakı Slavyan Universitetinə getmək imkanım olmuşdur, çox gözəl təhsil müəssisəsidir. Mən orada Bolqarıstana böyük maraq göstərən gəncləri gördüm. Universitetin müəllim heyəti ilə görüşdüm, nümayəndə heyətimizin tərkibində gəlmiş Bolqarıstan professorunu onlara təqdim etdim. Onların hamısı əlaqələrin genişləndirilməsinə və fəallaşdırılmasına hazır olduqlarını bildirdilər.

Bundan əlavə, Prezident İlham Əliyev ilə mədəniyyət işçilərindən ibarət nümayəndə heyətləri mübadiləsinin, onun Bolqarıstana qarşıdakı səfəri çərçivəsində ölkəmizdə Azərbaycan mədəniyyəti günləri keçirilməsinin mümkünlüyünü müzakirə etdik. Mədəniyyət günlərinə gələcək nümayəndə heyəti elmi və yaradıcı ziyalıların təmsilçilərindən ibarət ola bilər, çünki xalqlarımız öz zəngin mədəniyyəti, mənəvi irsi ilə tanınmışdır. Zənnimcə, belə əlaqələr nəinki siyasi münasibətlərin, həm də iqtisadi əməkdaşlığın inkişafına təkan verərdi.

SUAL: Nəhayət, bizim kanalın çoxmilyonlu auditoriyasına Sizin arzularınızı eşitmək maraqlı olardı.

CAVAB: İlk növbədə, istərdim ki, başqa şəraitdə və başqa dövrdə - əmin-amanlıq və sülh dövründə yaşayıb çalışasınız, elə bir dövrdə ki, bu, yaratmaq dövrü və böyük Avropa ailəsinə qovuşmaq dövrü olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib