İDMAN
Bolqarıstan yığma komandasının üzvləri və məşqçisi Mingəçevirdə yarış təşkilatçılığının yüksək səviyyədə olduğunu bildirirlər
![](/files/galleryphoto/2015/2/1200x630/1434125441155955581_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341254415018651151_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143412544126637425_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434125441569855562_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434125441501429893_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434125441547402175_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341254413996421595_1200x630.jpg)
Mingəçevir, 12 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında iştirak edəcək idmançılar bu gündən Kür çayında hazırlıq məşqlərinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, yarışlara güclü heyətlə gələn Bolqarıstan komandası məşq prosesini uğurla davam etdirir. Bolqarıstan yığma komandasının məşqçisi Dimitri İvanov jurnalistlərə müsahibəsində deyib: “Mingəçevirdə hər şey əladır. Təşkilatçılıq yüksək səviyyədədir. Ümid edirəm ki, yarış da əla keçəcək. Kayak və kanoe qayıqlarında yarışacaq komandamızın üzvləri yüksək səviyyədə qarşılanıb. Biz burada yüksək səviyyədə qonaqpərvərliyin şahidi olduq. Atletlər kəndində yerləşmişik. Məşqlərin keçirildiyi yerə bizi rahat nəqliyyat vasitələri gətirir və aparır. Məşq prosesi iki gün davam edəcək”.
Birinci Avropa Oyunlarının finalında oynamağı qarşılarına məqsəd qoyan Bolqarıstan yığma komandasının üzvləri buna nail olacaqlarına ümid etdiklərini bildiriblər. Yarış iştirakçısı Brenike Faldum: “Mingəçevirdə avarçəkmə yarışlarının keçiriləcəyi ərazi, tamaşaçılar üçün nəzərdə tutulan yer mükəmməl qurulub. Otel, yarış yeri, məşq zonası bir-birinə yaxın ərazidədir. Məşqlərə başlamışıq. Hava isti, su isə soyuqdur. Bu, çox yaxşıdır. Avropanın ən yaxşı atletləri buradadır. Düşünürəm ki, yarışda gücümüzü göstərə biləcəyik. Finala çıxmağı qarşımıza məqsəd qoymuşuq. Mükəmməl rəqabət gözləyirəm”.
Bolqarıstanlı atlet Miraslav Kirçev: “Qısa vaxtda Kür çayına və mühitə yaxşı adaptasiya olmuşuq. Bu yarışlarda Yay Olimpiya
Oyunlarındakı kimi rəqabət olacaq. Məşqlərimiz yüksək səviyyədə davam edir”.
Nikolay Milev: “Burada idmançılar üçün yüksək şərait yaradılıb. Bizim avarçəkənlər bu yarışda Almaniya, Rusiya və Serbiya kimi güclü
komandalarla qarşılaşacaq. İnanıram ki, güclü rəqabət olacaq və biz finala qədər gedə biləcəyik”.