Böyük Britaniya Livandan vətəndaşlarının təxliyəsi üçün çarter reysi təşkil edib
London, 1 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Livandan Britaniya vətəndaşlarını çıxarmaq üçün kommersiya təyyarəsi icarəyə götürdüyünü açıqlayıb.
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Devid Lemmi vəziyyətin gərgin olduğunu və tez bir zamanda pisləşə biləcəyini vurğulayıb.
Təyyarədən Britaniya vətəndaşları və onların həyat yoldaşları, eləcə də 18 yaşından kiçik uşaqları istifadə edə bilərlər. Təyyarənin çərşənbə günü Beyrutdan uçması planlaşdırılır.
Keçən həftəyə olan məlumata görə, Livanda 4000-6000 arasında Böyük Britaniya vətəndaşı var. Böyük Britaniya hökuməti Beyrutdan uçacaq reysin kirayə haqqını ödəyəcək. Lakin, eyni zamanda, Britaniya vətəndaşlarının hər birinin 350 funt-sterlinq ödəyəcəyi gözlənilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]