DÜNYA
Böyük Britaniyanın yüksəkvəzifəli dövlət qulluqçusu istefa verib
London, 30 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın yüksəkvəzifəli dövlət qulluqçusu Saymon Keys istefa verdiyini və ilin sonunda postunu tərk edəcəyini açıqlayıb.
AZƏRTAC “The Independent” qəzetinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Nazirlər Kabinetinin katibi Saymon Keys istefa qərarını keçən il ona qoyulan nevroloji xəstəlik diaqnozuna əsaslanaraq verib. Lakin bu qərar Nazirlər Kabinetində baş verən qalmaqallı hadisələrdən bir neçə gün sonra verilib. “The Independent” qəzetinin məlumatına görə, bir neçə nazir Baş nazir Kir Starmerdən Saymon Keysin dərhal vəzifəsindən uzaqlaşdırılmasını tələb edib. Bəzi nazirlər onu hökumət daxilində “zəhərli mühit” yaratmaqda ittiham edib. İddialar arasında Lord Vahid Allidən gələn ianələr barədə məlumat sızmalarını dayandıra bilməməsi və Kir Starmerin baş müşaviri Syu Qreyə qarşı mənfi məlumatların yayılması ilə bağlı ittihamlar da yer alıb. Bununla belə, istefa məktubunda Saymon Keys bu ittihamların qərarı ilə əlaqəsi olmadığını vurğulayıb və istefasının sırf sağlamlıq problemləri ilə bağlı olduğunu açıqlayıb.
London