Azərbaycan Dövlət İnformasiya Agentliyi

BÖYÜK MİSSİYA

“Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.

Heydər ƏLİYEV

10 oktyabr 1993-cü il (Azərbaycan

Respublikası Prezidentinin andiçmə

mərasimində nitqindən)

Şəxsiyyətin tarixdə rolu həqiqətən böyük və son dərəcə məsuliyyətlidir. Öz fikirləri və əməlləri ilə, gündəlik gərgin əməyi ilə təkcə öz ölkəsinin, öz xalqının işıqlı gələcəyini yaratmaqla kifayətlənməyib, ümumplanetar təfəkkür sahibləri kimi bütün dünyanın, bütün xalqların rifahı naminə çalışan böyük bəşər övladlarının həyat yolu bu postulatı təsdiq edir. Bu, taleyin, Fəhmin müəyyən etdiyi böyük missiyadır. Bu, Allahın sevimli bəndələrinin nəsibi olan böyük şərəfdir.

Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü məhz belə insanlardan birinin - müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin adı ilə bağlıdır.

Əlbəttə, o, ilk növbədə öz Vətəninə, öz xalqına xidmət edirdi, çünki ondan ötrü bundan daha yüksək amal yox idi. Onun fəal vətəndaşlıq mövqeyi, sözün həqiqi mənasında titanik əməyi təkcə tarixin kəşməkəşlərində deyil, həm də qədirbilən xalqın əbədi yaddaşında silinməz izlər qoymuşdur.

“Bu insan tarixi yaradırdı. O, böyük milli qəhrəmandır. O, dünyanın bir sıra ölkələrinin rəhbərlərini çox cəhətdən üstələyir. Heydər Əliyev təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, həm də Rusiya üçün, bütün Sovetlər İttifaqı və ucsuz-bucaqsız bir məkanda məskunlaşan xalqlar üçün çox iş görmüşdür. O, ölkəni qurub-yaradan, dövləti yaradan və möhkəmləndirən ən böyük insanlardan biri idi. Ona görə də bu səviyyəli şəxsiyyətlərə hörmət və ehtiramla yanaşmaq lazımdır”. Bu sözlər rusiyalı məşhur kinorejissor, Azərbaycanın ümummilli liderinin taleyindən bəhs edən, bütöv bir dövrü əks etdirən genişmiqyaslı sənət əsərinə çevrilmiş “Hakimiyyət yükü” adlı sənədli filmin müəllifi Andrey Konçalovskiyə məxsusdur.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəni tarixin ən mürəkkəb sınaqlarından uğurla çıxarmış, Azərbaycan dövlətinin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuşdur. O, təkcə rəhbər deyildi, o, sözün ən yüksək mənasında millət atası idi. Heydər Əliyevin quruculuq siyasətinin izlərinə ölkəmizin müxtəlif regionlarının hər bir guşəsində rast gəlmək olar.

Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyevə münasibətini belə ifadə etmişdir: “O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Heydər Əliyevin böyüklüyü Azərbaycanın çərçivəsindən çox-çox kənara çıxır. Açığını deməliyəm, Azərbaycanın çox bəxti gətirib ki, bu dövlətə Avropa və dünya miqyasında tanınmış siyasətçi başçılıq edirdi. O, bir tərəfdən beynəlmiləlçi, digər tərəfdən böyük vətənpərvər idi”.

Heydər Əliyev gələcəyi görməklə, onu planlaşdırmaqla yanaşı, həm də öz niyyətlərini həyata keçirirdi. Bu baxımdan, uzun illər L.Brejnevin və M.Qorbaçovun şəxsi mühafizə dəstəsinin rəhbəri olmuş Vladimir Medvedevin fikirləri çox maraqlıdır: “Mənə belə gəlir ki, o vaxt Moskvada topladığı təcrübə Heydər Əliyevin artıq müstəqil Azərbaycanda həyata keçirməyə başladığı möhtəşəm layihələrin konsepsiyası üçün əsas olmuşdur.

Şimal-Cənub, Qərb-Şərq, indiki TRASEKA kimi yeni strateji nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri barədə ideyalar, bəlkə də, məhz həmin dövrdə yaranmışdır. Yeri gəlmişkən, indi bu layihələr Xəzərin neft ehtiyatlarına uyğun olaraq inkişaf etdirilir, həmin ehtiyatlar isə vaxtilə sovet mütəxəssisləri tərəfindən kəşf edilmişdir və Əliyev həmin mütəxəssislərlə yaxşı tanış idi. Dəqiq deyə bilmərəm, lakin bəzən mənə elə gəlir ki, Əliyev hələ o vaxt özünün bəzi xəyallarında Azərbaycanın müstəqil inkişaf etməsinin mümkünlüyünü nəinki istisna etmir, hətta müəyyən mənada bu inkişafı planlaşdırırdı”.

Sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində əsas xidmətlərindən biri həmin illərdə neft maşınqayırması kompleksinin modernləşdirilməsi, texnoloji baxımdan yeni istehsal sahələri olan kondisionerlər zavodunun, radioelektronika, dərin özüllər, “Ulduz”, “Azon” zavodlarının, “Nord” istehsalat birliyinin, Sumqayıt kimya kombinatının və bir sıra başqa obyektlərin yaradılması olmuşdur. Elə həmin dövrdə neft emalı sənayesi də sürətlə inkişaf edir. Bir sözlə, o, suveren Azərbaycanın qurulması üçün maddi, texniki, iqtisadi zəmin yaradırdı.

Postsovet dövründə Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşəndə Heydər Əliyev xalqın təkidi ilə yenidən böyük siyasətə qayıdır. Onun rəhbərliyi altında ölkəmiz qısa bir müddətdə 22 beynəlxalq neft müqaviləsinin imzalanmasına nail olur.

Heydər Əliyev atəşkəsə nail olmaqla, neft müqavilələri bağlamaqla, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında bütün həqiqəti dünyanın ən nüfuzlu dövlətlərinə çatdırmaqla, təkcə MDB ölkələri və Avropa İttifaqı dövlətləri ilə deyil, bütövlükdə dünya birliyi ilə yeni qarşılıqlı münasibətlərin təməlini qoymuşdur.

Məhz Heydər Əliyev dünyanın maliyyə elitasını Bakı-Tbilisi-Ceyhan layihəsinin bu region üçün və bütövlükdə Avropa üçün zəruri olmasına inandırmağa müvəffəq olmuşdur. Bu neft kəmərinə və Ceyhan terminalına Heydər Əliyevin adının verilməsi barədə Türkiyə və Azərbaycan hökumətlərinin qərarı Azərbaycan torpağının bu böyük oğlunun türk dünyası qarşısında xidmətlərinə ehtiramın əlamətidir.

Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın aşağıdakı sözləri buna əyani sübutdur: “Bu dahi şəxsiyyət Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirilməsi üçün çox çalışırdı. Türkiyə-Azərbaycan münasibətləri elə möhkəm təməl üzərində qurulmuşdur ki, bunu heç bir qüvvə sarsıda bilməz”.

Deyirlər ki, dağın nəhəngliyi uzaqdan baxanda görünür. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dediyi kimi, “Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir”.

Heydər Əliyev dahi şəxsiyyət və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də çox cəsarətli, qorxu hissinin nə demək olduğunu bilməyən insan idi. Onun Vyetnama səfəri ilə əlaqədar hazırlıq işlərinə rəhbərlik etmiş Vladimir Medvedevin xatirələrində bu barədə deyilir: “Poladəritmə zavodunda köhnə marten sobalarının yaxınlığındakı metal qırıntıları arasında mərmi gilizləri aşkar etdim. Vyetnamlılar bu gilizləri oradan götürməkdən imtina edərək məni inandırırdılar ki, bu gilizlər partlamaz... Mənim xahişimlə bir çayın sahilində bərəyə getmək üçün körpü tikildi, səfər marşrutlarından birini dəyişdik və sair. Heydər Əliyev gələndə mən gilizlər haqqında ona məruzə etdim və dedim ki, zavoda getməkdən imtina etmək olmazmı? Olmaz, - deyə cavab verdi, - orada bizi gözləyirlər, getmək lazımdır”.

Yaxud başqa bir misal. Heydər Əliyev Norveçdə səfərdə olarkən tufanlı havada dənizdə neft çıxarılmasını müşahidə etməyə gələrkən ona xəbərdarlıq etmişdilər ki, belə havada dənizə çıxmaq olmaz. Heydər Əliyev orada neftçilərin olub-olmaması ilə maraqlanmış, müsbət cavab alandan sonra demişdi: “Mən də onlardan biri olaram”.

Daha bir epizod. Azərbaycan Prezidenti hərbi məktəbin kursantları qarşısında çıxış edir. Bu vaxt o, yıxılır, qalxır, nitqini davam etdirir və yenə yıxılır. Onun yeddi qabırğası sınmışdı, lakin qarşısında gənc zabitlər əyləşən Ali baş komandan bu məqamda zəiflik göstərə bilməzdi... Şəxsiyyətin gücü bəzən bütün ölkə üçün taleyüklü rol oynayır. Heydər Əliyev əsl kişinin qaçılmaz vəziyyətlərdə özünü necə aparmalı olduğunu şəxsi nümunəsində göstərdi. O vaxt o, ölümə qalib gəldi.

Bu il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ölkəmizdə geniş qeyd edilir. Bu yubiley münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş günü kimi yazmışdır”.

Azərbaycanda çox rəhbərlər olmuşdur, lakin ümummilli lider kimi tanınmaq yalnız Heydər Əliyevə nəsib olmuşdur, çünki onun Azərbaycan üçün gördüyü işlər və bunların əhəmiyyəti ölçüyəgəlməzdir, bu rol yalnız Mustafa Kamal Atatürkün Türkiyə üçün, Şarl de Qollun Fransa üçün oynadığı rol ilə müqayisə edilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub