Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdışın növbəti ünvanı – Şükürbəyli kəndində həyat yenidən canlanır VİDEO

Cəbrayıl, 15 may, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam etdirilir. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” proqramı çərçivəsində mərhələli şəkildə öz doğma yurdlarına qovuşurlar. Artıq Cəbrayılın Şükürbəyli kəndində də həyat yenidən canlanıb. Mayın 9-da kəndə qayıdan ilk ailələrə evlərinin açarları Prezident İlham Əliyev tərəfindən təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan əvvəl burada məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub.

Şükürbəyli kəndi 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev tərəfindən 2023-cü ildə təməli qoyulan kənd qısa müddətdə müasir standartlara uyğun şəkildə yenidən qurulub.

Kənddə sakinlərin rahat yaşayışı və sosial rifahının təmin olunması məqsədilə mühüm infrastruktur layihələri həyata keçirilib. Burada hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Eyni zamanda, 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilib, kənd elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri ilə təmin olunub, yollar asfaltlanıb.

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə, 2522 nəfərin - 615 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir memarlıq üslubunda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, kənddə ənənəvi enerji ilə yanaşı, günəş enerjisindən də istifadə olunur. "Layihələr çərçivəsində kənd daxilində 25 kilometr yol inşa edilib. Bundan əlavə 3 ədəd biraşırımlı avtomobili körpüsü, 2 ədəd piyada körpüsü tikilib. Burada, həmçinin sosial obyektlər, 360 yerlik məktəb, hər biri 80 yerlik 2 uşaq bağçası, inzibati bina tibb məntəqəsi, 350 klub və musiqi məktəbi də inşa olunub. Təbii fəlakətlər zamanı kəndin sel sularından mühafizəsi üçün 4019 metr uzunluqda beton kanal da tikilib”, - deyə o əlavə edib.

Murad Süleymanov Şükürbəyli kəndinə yenidən köçən sakinlərdəndir. Deyir ki, doğma yurda qovuşmaq qürurverici bir hissdir: “1993-cü ildə doğma yurdumuzdan məcburi köçkün düşdük. Əvvəlcə Beyləqanda məskunlaşdıq, 15 il orada yaşadıq. Daha sonra dövlətimiz tərəfindən Biləsuvar rayonu ərazisində salınan qəsəbədə 18 il yaşadıq. Ən böyük arzumuz isə torpaqlarımıza, doğma yurdumuza qayıtmaq idi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tarix yazaraq torpaqlarımızı azad etdi. Bu gün isə azad olunan yurdlar yenidən qurulur. Bizim Şükürbəyli kəndi də müasir və gözəl şəraitdə yenidən inşa edilib. Altınəfərlik ailə olaraq qayıtmışıq və 4 otaqlı evlə təmin olunmuşuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Savalan Məmmədov da doğma yurda qayıtmağından qürur hissi ilə danışır: “Bura mənim ata yurdumdur. Bax, o gördüyünüz ağaclıq yer mənim atamın ocağı olub. Ailədə 6 qardaş, 1 bacı olmuşuq. Ailə qurduqca kəndin müxtəlif yerlərində ev tikib köçmüşük. Sonra köçkün düşdük. İndi isə doğma kəndimizə qayıtmışıq. Sevincimizin həddi-hüdudu yoxdur. Allahdan Prezidentimizə cansağlığı arzulayıram, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bizim bu sevinci yaşamağımızın əsas səbəbkarı onlardır. Bu gözəl günləri bizə onlar bəxş etdilər. Buradan çıxanda 30 yaşım vardı, 64 yaşımda geri qayıtdım. 34 il, əlbəttə ki, insan ömründə az müddət deyil. Çox əziyyət çəkdik. Beyləqan, İmişli, Kürdəmir, Bakıda yaşadıq, daha sonra yenidən İmişlidə məskunlaşdıq. Amma yenə də doğma kəndimizi arzuladıq. Burada yaradılan şərait olduqca gözəldir. Yaşamaq üçün nə lazımdırsa hamısı yaradılıb”.

Şükürbəyli kəndinə qayıdan sakinlərin çöhrəsindəki sevinc Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin ən bariz nümunəsidir. Dövlətin diqqət və qayğısı sayəsində qısa müddətdə modern infrastruktura qovuşan bu kənd təkcə yaşayış məntəqəsi deyil, həm də milli qürurumuzun və tarixi ədalətin bərpasının rəmzinə çevrilib. Murad, Savalan kişi və yüzlərlə digər sakinin timsalında Şükürbəyliyə qayıdan həyat bu torpaqların əbədi sahiblərinə qovuşduğunu bir daha təsdiqləyir. Qarşıdakı illərdə kəndin iqtisadi potensialının, xüsusilə ənənəvi təsərrüfat sahələrinin bərpası ilə Şükürbəyli nəinki Cəbrayılın, eləcə də regionun ən abad və dinamik inkişaf edən yaşayış məskənlərindən biri olacaq.

 

Müxbir-Aydın Yavərzadə

Böyük Qayıdışın növbəti ünvanı – Şükürbəyli kəndində həyat yenidən canlanır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə başlayıb

Dünya çempionatı: B qrupunda mübarizəyə start verilir

Azərbaycan nefti 96 dollardan baha satılır

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO