BÖYÜK VƏ KİÇİK QAFQAZIN ÇAYLARINDA SULULUĞUN ARTIMI MÜŞAHİDƏ OLUNMUŞDUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin məlumatına görə, may ayının birinci ongünlüyündə yağan leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişlər ki, yağıntılar zamanı Kişçay, Şinçay, Küngütçay, Zəyzitçay, Əyriçay, Türyançay, Kürmükçay, Talaçay, Balakənçay və Mazımçayda qısamüddətli daşqınlar olmuşdur.
Hazırda ən yüksək sululuq Balakən-Şəki bölgəsinin çaylarında müşahidə olunur.
Kür çayının aşağı axınındakı səviyyələrdə isə kəskin dəyişiklik yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]