Böyüklər arasında stolüstü tennis üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı, 14 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında Bakı çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Şüa İdman-Sağlamlıq Kompleksində üç gün davam edən çempionatın şəxsi yarışlarında Vəzir Allahverdiyev və Xədicə Əlizadə birinci yeri tutublar. Rüstəm Əliyev - Emin Məmmədov, Səbinə Məmmədova - Jalə Quliyeva qoşa, Rəvan Abbasov - Ləman Babayeva qarışıq-qoşa yarışlarda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.