BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB FERNANDU HENRİKİ KARDOZUYA
Hörmətli cənab Prezident,
Braziliya Federativ Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Braziliya xalqını səmimi qəlbdən təbrik edirəm.
Ümüdvaram ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
Bakı şəhəri, “4” sentyabr 2001-ci il