BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LUİS İNASİU LULA DA SİLVAYA
Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasında yaranmış münasibətlərin hərtərəfli inkişafı, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi istiqamətində qarşılıqlı səylərimizi daha da artıracağıq.
Sizə möhkəm cansağlığı, səadət, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 noyabr 2006-cı il.