BRAZİLİYA MEŞƏLƏRİN MƏHV EDİLMƏSİNİN LİDERİ KİMİ GİNNESSİN REKORDLAR KİTABINA DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, “Brazil” agentliyinin yaydığı məlumata görə, hər il bu ölkədə 22,3 min kvadratkilometrlik meşə sahəsi qırılır. Əvvəllər sahəsi 4,9 milyon kvadratkilometr olan Amazoniya öz ərazisinin 17 faizini artıq itirmişdir. Son 50 ildə burada 615 min kvadratkilometr sahədə tropik meşə qırılmışdır. Meşələr heç bir nəzarət edilmədən belə sürətlə qırılarsa, daha 50 ildən sonra planetin əsas ağciyəri olan Amazoniya Günəşin yandırdığı savannaya çevriləcəkdir. Çünki bitki örtüyünün azalması buludların yaranmasının qarşısını alır ki, bu da təkcə regionda deyil, qonşu ölkələrdə də torpağın qurumasına və iqlimin dəyişməsinə səbəb olur.
Braziliya qlobal istiləşməyə gətirib çıxaran və “parnik effekti”nin səbəbkarı olan karbon 4-oksidi atmosferə buraxan on ölkə sırasına daxildir. Hər il bu ölkədə atmosferə təxminən 550 milyon ton karbon 4-oksid buraxılır ki, bunun da 200 milyon tonu Amazoniyada meşələrin yandırılması sayəsində əmələ gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]