Britaniyada koronavirus epidemiyasından həyatını itirən səhiyyə işçilərinin ailələrinə kompensasiya veriləcək
London, 29 aprel , AZƏRTAC
Böyük Britaniyada koronavirus epidemiyasından həyatını itirən səhiyyə işçilərinin ailələrinə və sosial xidmət işçilərinə 60 min funtsterlinq kompensasiya veriləcək.
AZƏRTAC xəbər verir ki, Səhiyyə naziri Mett Hankok keçirdiyi mətbuat konfransında 100-dən çox səhiyyə işçisinin və 16 sosial xidmət işçisinin öldüyünü açıqlayıb. Nazir veriləcək olan kompensasiyanın təqaüdə çıxdıqdan sonra vəzifə çağırışına cavab verən səhiyyə işçilərini də əhatə edəcəyini bildirib.
Həmçinin Britaniyada çərşənbə axşamı saat 11-də həyatını itirən tibb işçiləri 1 dəqiqəlik sükutla yad ediləcək. Baş Nazir Boris Conson da anım mərasiminə qatılacaq.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]