BRUSELLYOZ XƏSTƏLİYİNƏ TUTULMUŞ HEYVANLAR ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) AZƏRTAC-a bildirmişlər ki, mayın 15-də Xaçmaz rayonunun Niyazoba kənd əhalisinə məxsus 1.217 baş xırdabuynuzlu heyvandan götürülmüş qanın seroloji müayinəsi zamanı 14 baş qoyunda brusellyoz xəstəliyi aşkar edilmişdir.
Xəstə heyvanlar “Brusellyoz xəstəliyinin profilaktikası və ləğv edilməsi tədbirləri haqqında” təlimata uyğun olaraq, KİV nümayəndələrinin iştirakı ilə dövlət baytarlıq mütəxəssislərinin nəzarəti altında zərərsizləşdirilmişdir.
DBX nəzərə çatdırır ki, baytarlıq şəhadətnaməsi olmadan başqa rayonlardan və yaşayış məntəqələrindən təsərrüfata heyvan gətirilməsinə icazə verilmir. Heyvan sahibləri əraziyə xidmət və nəzarət edən baytar mütəxəssislərinin tələblərinə ciddi əməl etməklə heyvanlara baxış keçirilməsinə, müayinə edilməsinə, peyvəndləmə aparılmasına və onlardan qan nümunələri götürülməsinə şərait yaratmalıdırlar. Bütün bu tələblər profilaktika xarakteri daşıyır və təsərrüfatların xeyrinədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]