Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BSU-da “Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransı keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) “Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Beynəlxalq konfransın moderatoru, BSU-nun rektoru Anar Nağıyev konfransın “Azərbaycanın yaşıl dünya gündəliyi və Balkanlar” adlanan 1-ci panelini bu tədbirin Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə profili və statusu genişləndirilmiş BSU-nun yaradıldığı günə təsadüf etdiyini söyləyib və bunun xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Rektor bu konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BSU-nun müvafiq tədbirlər planına uyğun olaraq həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu qeyd edib. Bildirilib ki, konfransın əsas məqsədi Azərbaycanın “Yaşıl dünya” gündəliyi çərçivəsində Balkan ölkələrinin timsalında beynəlxalq əməkdaşlıq məsələlərinin öyrənilməsindən ibarətdir.

Diqqətə çatdırılıb ki, konfransın 1-ci panelinin hədəfləri yaşıl dünya naminə xarici siyasət və əməkdaşlıq, Balkan ölkələri ilə əlaqələr, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 və dünyanın gələcəyi, Azərbaycanın sülh çağırışı, enerji təhlükəsizliyi məsələləri, respublikamızın Balkan ölkələri ilə ənənəvi enerji və alternativ enerji məsələlərində əməkdaşlığı, Serbiya və Bolqarıstan timsalında əməkdaşlığın əhatəliliyi və əlaqələrin inkişafında parlamentlərin roludur. Rektor konfransın keçirilməsinə göstərdiyi davamlı dəstəyə görə Energetika Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, universitetdə müxtəlif slavyan xalqlarının dillərinin, mədəniyyətlərinin və ölkəşünaslığın tədris edildiyini, regionşünaslıq ixtisaslarında bir sıra regionlar üzrə, o cümlədən balkanşünaslıq ixtisası üzrə kadrların hazırlandığını, 2024-cü ildə universitetdə Balkanşünaslıq kafedrasının yaradıldığını, Bolqarıstan, Yunanıstan və Türk araşdırma mərkəzlərinin bu istiqamətdə inkişafda rolunun artdığını, növbəti tədris illərindən serb, rumın və alban dillərinin tədrisinin planlaşdırıldığını, bütövlükdə Balkan regionunun BSU-nun təhsil proqramlarının hədəfində dayandığını diqqətə çatdırıb. Bildirilib ki, BSU-da Balkan regionunun dilləri, ədəbiyyatı, mədəniyyətləri öyrənilir. Tərcümə və regionşünaslıq ixtisaslarında dillərin öyrənilməsi BSU-nun əsas hədəflərindən biridir. Bu il universitetdə Bolqarıstan Dili və Tədrisi Mərkəzinin yaradılmasının 20 ili tamam olur. Balkanşünaslıq üzrə qəbul dinamikası hər il yüksək olur, doktorantura səviyyəsində elmi tədqiqatlar aparılır. Rektor vurğulayıb ki, “Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransının məqsədi bu sahədə tədqiqat istiqamətlərini müəyyən etmək və bu istiqamət üzrə alim və tədqiqatçıların davamlı müzakirə platformasını təşkil etməklə yanaşı, elmi diskursu daha da genişləndirməkdir. Hədəf isə Cənubi Qafqaz və daha geniş coğrafiyada balkanşünasliq tədqiqatları üzrə ən mühüm və dayanıqlı konfrans platformasının formalaşdırılıb müvafiq tədqiqat və nəşrlərin həyata keçirilməsidir. “Slavyanşünaslıq üzrə regionun birinci universiteti” sloqanı ilə inkişaf edən BSU regionda balkanşünasliq tədqiqatlarının mükəmməl mərkəzi olaraq bu mövqeyini qorumaqda israrlıdır.

Çıxışının sonunda rektor Azərbaycan Respublikasının xarici siyasət prioritetləri sırasında enerji diplomatiyası vasitəsilə regional təhlükəsizliyin və əməkdaşlığın inkişaf etdirilməsinin mühüm yer aldığını qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, xalqımızın tarixinə Qarabağın xilaskarı kimi daxil olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ölkəmizin liderliyi ilə regionda sülhün bərqərar olmasına edilən cəhdlər və regional əməkdaşlıq üçün açılan imkanlar yüksək tarixi əhəmiyyətə malikdir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri barədə danışaraq bildirib ki, ölkəmizin bu sahədə müsbət təcrübəsi var. Respublikamızda bərpaolunan enerji ehtiyatları ilə bağlı müxtəlif layihələr uğurla həyata keçirilir. Azərbaycanın böyük potensialı dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Vurğulanıb ki, bərpaolunan enerji ehtiyatlarından istifadədə ixrac məsələlərinə xüsusi diqqət yetirilməsi iqtisadi baxımdan önəmli rol oynayır.

Milli Məclisin deputatı, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı çıxışında bildirib ki, BSU-nun təşkilatçılığı ilə balkanşünaslıq mövzusunda ilk beynəlxalq konfransın keçirilməsi təqdirəlayiqdir. Azərbaycan ilə Balkan ölkələri arasında əlaqələr bütün sahələrdə genişlənib və keyfiyyətcə yeni mərhələyə daxil olub. Prezident İlham Əliyevin uzaqgörənliyi, yürütdüyü strateji xətt, gerçəkləşdirdiyi innovativ layihələr sayəsində Azərbaycanla Şərqi və Mərkəzi Avropa ölkələri, eləcə də bütün Avropa arasında ciddi əməkdaşlıq əlaqələri qurulub. Ölkəmizdə keçiriləcək COP29 sülhə, əmin-amanlığa, əməkdaşlığa, həmrəyliyə xidmət edir.

“Serbiya-Azərbaycan münasibətləri: təhlükəsiz, dinc və yaşıl gələcək naminə əlaqələr” mövzusunda çıxış edən Serbiyanın Strateji Araşdırmalar Forumunun rəhbəri Neven Tsvetichanin müasir dövrümüzdə sabit, təhlükəsiz dünyanın bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı, COP 29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım qeyd edib ki, COP29 ərəfəsində belə tədbirlərin keçirilməsi vacibdir. Çağdaş dövrümüzdə ətraf mühitin mühafizəsi müstəsna əhəmiyyət kəsb edir və qlobal çağırışlar ekologiyanın qorunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu baxımdan Azərbaycanın COP29-a ev sahibliyi etməsi dünya birliyi tərəfindən müsbət qiymətləndirilir. Bu böyük beynəlxalq tədbir dünyada əməkdaşlığın təşviqinə mühüm töhfələr verəcək. Öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan işğaldan azad edilmiş ərazilərini “Yaşıl zona” elan edib və hazırda həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır.

Bolqarıstanın Plovdiv Universitetinin professoru Valentin Petrussenko “Universitet təhsili sistemində ekoloji gündəmin əhəmiyyəti” mövzusunda çıxışında ekoloji sabitliyin qorunması sahəsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb. O, BSU-da Balkanşünaslıq kafedrasının yaradılmasını yüksək qiymətləndirib.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov texnologiyaların sürətli inkişafı nəticəsində dünyada yeni trendlərin yarandığını və Azərbaycanın bu trendlərə qoşulduğunu qeyd edib. Diqqətə çatdırıb ki, ölkəmiz son illər qlobal məsələlərin müzakirələrinin keçirildiyi mərkəzə çevrilib və COP29-u keçirməklə bu sahədə daha böyük təcrübə qazanacaqdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev son illər BSU-nun xarici siyasət məsələlərin müzakirələrində fəal iştirak etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji ilə təmin edilməsində fəal iştirak edir və bu istiqamətdə mühüm addımlar atılır. C.Vəliyev ali təhsil müəssisələrində Balkan ölkələri üzrə ekspertlərin yetişdirilməsinin vacibliyini vurğulayıb.

Konfrans işini “Azərbaycan ilə Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələr” adlı 2-ci paneldə davam etdirib. Bu paneldə müasir dövrdə Azərbaycan ilə Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələrin keyfiyyətcə yeni mərhələyə daxil olması, Balkanlarda Türk dilinin öyrənilməsi məsələləri və digər vacib mövzular haqqında maraqlı çıxışlar edilib, səmərəli müzakirə aparılıb və əlaqələrin inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb.

Qeyd edək ki, konfransda Şimali Makedoniyanın Skopye Müqəddəslər Kiril və Mefodiy Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri Osman Emin, Serbiya Elmlər Akademiyasının Serb Dili İnstitutunun Lüğətlər departamentinin direktoru Mariya Jinjiç, Albaniyanın Tirana Universitetinin Tarix-filologiya fakültəsinin Dilçilik kafedrasının lektoru Lindita Hanari, BDU-nun Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nurlana Mustafayeva və digər tanınmış alimlər də iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib  YENİLƏNİB

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır

Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

ADPU-da “SABAH” qruplarında tədrisin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir

Azərbaycanın mötəbər tədbirlərdə iştirakı prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir ŞƏRH

A.Mirzoyan: Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının tam açılmasında maraqlıdır

“Pensiya kalkulyatoru” e-xidmətinə 3,3 milyondan çox müraciət olub

İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəkləyir

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Ukraynalı ombudsman Azərbaycanın humanitar yardımlarını yüksək qiymətləndirib

Ölkə ərazisinin bəzi yerlərində sürüşmə və çökmə prosesləri qeydə alınıb

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub  YENİLƏNİB -2 VİDEO

Ermənistan və Gürcüstan XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

“Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda XI beynəlxalq konfrans işə başlayıb

Cənubi Koreyanın “Import” nəşrində Azərbaycanın iqtisadi potensialı haqqında məqalə dərc edilib

“Hyundai” və “LG Energy” İndoneziyada ilk akkumulyator zavodu açıb

“Moon Kids” MMC-nin direktoru barəsində həbs qətimkan tədbiri seçilib

“Kəpəz” klubu daha üç futbolçu ilə vidalaşıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Şəkidə yeni şəlalə qeydə alınıb

Beynəlxalq tədbir çərçivəsində Qubada assosiativ-simulyasiya təlimi keçirilib

CNN telekanalı: Baydenin ölkədə müsbət reytinqi cəmi 34 faizdir

“Asiya uşaqları”: Azərbaycanın bir boksçusu finala yüksəlib, üçü bürünc medalla kifayətlənib

“Sumqayıt” Rusiya və Türkiyə klubları ilə qarşılaşacaq

Bu ilin birinci yarımilliyində metrodan 5,3 faiz çox sərnişin istifadə edib

Azərbaycanın peşə təhsili müəssisələrinin rəhbərləri Türkiyədə təlim keçiblər

UEFA Türkiyə millisinin futbolçusuna qarşı intizam işi açıb

Rusiyalı tələbələr AzMİU-da tədris təcrübəsinə başlayıblar

Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

® “AccessBank” Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir

FHN “Alov Qüllələri Fairmont Otel Bakı”da təlim keçirib VİDEO

Aİ-nin bir sıra ölkələri Çin elektrokarlarına rüsum tətbiq olunmasını dəstəkləmir

Sabah Bakıda və Abşeron yarımadasında temperaturun 30-35° olacağı gözlənilir

Rəqabət Məcəlləsinin tətbiqi barədə seminar keçirilib

Uşaq inkişafı üzrə tanınmış mütəxəssis “Yeni çağırışlar”da

Dövlət Məşğulluq Agentliyi son bir ayda daha 1200-dən çox şəxsi peşə hazırlığına cəlb edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Ukraynalı futbolçu “Sabah” klubuna qayıda bilər

® ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi fəaliyyətə başlayıb!

Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb

Dövlət Sərhəd Xidməti tibb sahəsində həqiqi hərbi xidmətə və işə qəbul elan edib

Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə 80 milyard kubmetrədək təbii qaz ötürülüb

Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək

Növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb

“ASAN xidmət” modeli İndoneziyaya ixrac edilib