Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb
Bakı, 3 iyul, AZƏRTAC
Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) genişləndirilmiş kredit mexanizmi proqramı vasitəsilə 2,2 milyard dollarlıq növbəti tranş alıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bu barədə özünün sosial media hesabında yazıb.
“Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb. Bu, 16 milyard dollarlıq genişləndirilmiş kredit mexanizmi proqramının bir hissəsidir”, - deyə Denis Şmıqal bildirib. Onun sözlərinə görə, köçürülən məbləğ hökumətə kritik büdcə xərclərini, sosial müavinətləri, həkimlərin və müəllimlərin maaşlarını ödəməyə kömək edəcək.
Qeyd edək ki, Ukrayna bu ilin sonunadək kredit xidmətinə görə Beynəlxalq Valyuta Fonduna 2,9 milyard dollar ödəməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]