Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Azərbaycanda ölüm cəzasının ləğvindən 25 il ötür

Bakı, 9 fevral, AZƏRTAC

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq qəbul edilərkən azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq hər kəsin yaşamaq hüququ təsbit edilib. Eyni zamanda, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biri kimi ifadə olunub. Bu çərçivədə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2-ci maddəsi ilə hər bir insanın təbii və ayrılmaz hüququ kimi təsbit olunan yaşamaq hüququna Azərbaycan Respublikasında əsaslı təminatlar verilmiş, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab olunmuş, qanunvericilikdə ölüm cəzası daimi cəza növü kimi nəzərdə tutulmamışdır.

Bu, həmin dövrdə insan hüquqları adına müstəsna mütərəqqi addım idi. Çünki faktiki olaraq postsovet məkanında “yaşamaq hüququ” ilə bağlı müasir baxış mövcud deyildi, yaxud bu barədə hələlik düşünülmürdü, elə Azərbaycanın özündə yalnız 1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmləri icra edilmişdi. Əvvəlki iki il, 1990-1992-ci illərdə ölüm hökmləri icra edilməsə də AXC-Müsavat qruplaşması hakimiyyətə gəldikdən sonra beynəlxalq hüququn ölüm cəzasının ləğvi istiqamətində tutduğu inkişaf yolunun əksinə ölüm hökmləri icrası vacib ümumdövlət tədbiri kimi ortaya atılmışdı. “Bəy”lər əhalidə qorxu, vahimə hissi yaratmaqla, bütün totalitar rejimlərə xas olan antihumanist, qeyri-insani tədbirləri hakimiyyətdə qalmaq üçün yeganə vasitə hesab edirdilər.

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölüm cəzasının icrasına 1993-cü ilin iyun ayından faktiki moratorium qoyulmuş, sonrakı 5 il ərzində aralarında vətən və xalq qarşısında ən ağır cinayətlər törədən qatillər, təhlükəli canilər də olmaqla 120-dən artıq şəxsin barəsində ölüm hökmləri icra olunmamışdır.

Ulu Öndər 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində bu prinsipləri daha da inkişaf etdirərək bəyan edirdi: “İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir”.

“Burada “insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd” ifadəsinə xüsusi diqqət olunmalıdır, çünki Avropa hüquq məkanında yalnız 4 il sonra, 2002-ci ilin 3 may tarixində, Vilnüs şəhərində imzalanmış və bütün hallarda ölüm cəzasının ləğvini nəzərdə tutan Avropa Konvensiyasına dair 13 saylı Protokolda eyni qənaətə gəlinərək sənədin preambulasında “bütün insanların şəxsiyyətinə xas olan ləyaqətin tam qəbul edilməsi üçün ölüm cəzasının ləğvinin vacib olduğuna əminlik” ifadə olundu. Əlbəttə, bu, Ulu Öndərin siyasi uzaqgörənliyi ilə yanaşı, həm də Onun insan hüquqlarına baxış konsepsiyasının dairəsi barədə təsəvvür formalaşdırmağa imkan verir. Məhz bu konsepsiyadan yola çıxaraq Ümummilli Lider Heydər Əliyev 1998-ci il fevralın 3-də “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-prosessual və İslah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini” parlamentə göndərdi və 25 il öncə bugünkü gün, 1998-ci il fevralın 10-da Milli Məclisin Ulu Öndərin ölüm hökmünün ləğvi barədə təklifini dəstəkləməsi ilə Azərbaycan Şərqdə ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşdü”, - deyə Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, Prezident Heydər Əliyev 1998-ci ildə yalnız dövlətdaxili norma qəbul etməklə kifayətlənməyərək həmin ilin 11 dekabr tarixində o dövrə qədər ölüm hökmünün ləğvinə dair əsas beynəlxalq sənəd olan “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna qoşulmaq barədə qanunun qəbul edilməsinə nail oldu.

“Daha sonra, bildiyiniz kimi, 2001-ci il dekabrın 25-də Azərbaycan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokollarına qoşulmaqla ölüm cəzasının ləğvini ehtiva edən daha bir mexanizmə daxil oldu. Belə ki, Konvensiyaya dair adıçəkilən 6 saylı Protokol məhz ölüm cəzasının ləğvini nəzərdə tuturdu. Lakin o zaman Ermənistanla müharibə şəraiti, Qarabağ və Şərqi Zəngəzurun işğal altında olması dahi Liderə ölüm cəzasının bütün hallarda ləğvi ilə bağlı qəti arzularını reallaşdırmağa imkan vermirdi. Məhz bu səbəbdən dahi Liderin ideyası hələlik Konstitusiyada “müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər”, 1966-cı il Paktının İkinci Fakultativ Protokoluna qoşulmaq barədə qanunda əks olunan qeyd-şərtdə “müharibə dövründə və ya müharibə təhlükəsi mövcud olduqda ağır cinayətlərə görə müstəsna hallarda xüsusi qanun qəbul edilməklə ölüm cəzasının tətbiqinə yol verə bilər”, 6 saylı Protokolda isə “dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər” şəklində əksini tapmalı olmuşdur. Təbii olaraq, nəinki o zaman, hətta müasir dövrdə belə həmin müddəalarla bağlı hər hansı iraddan söhbət gedə bilməzdi, çünki bu, beynəlxalq hüququn özündə qəbuledilən təcrübə, beynəlxalq sənədlərdə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da təsbit olunmuş məqbul mövqe idi və heç bir halda Ümummilli Liderin bəşəri humanizmə və beynəlxalq hüququn normalarına sadiqliyinə kölgə sala bilməzdi. İlk növbədə, ona görə ki, həmin zaman Ümummilli Lider Heydər Əliyevin yaşamaq hüququnun təmin və müdafiə olunmasına dair hüquq təfəkkürü ilə nəinki Şərq mühitini, hətta Avropa hüquq məkanını xeyli qabaqlamışdı. Məsələn, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yaşamaq hüququna dair, “dövlətin öz yurisdiksiyasında yaşayanların həyatını qorumaq üçün müvafiq addımlar atmaq öhdəliyini” ehtiva edən “L.C.B. Birləşmiş Krallığa qarşı” (1998-ci il 9 iyun) və “dövlətin yaşamaq hüququnu təmin etmək üçün səmərəli cinayət hüquq normalarını qəbul etmək və hüquq mühafizə mexanizminin vasitəsi ilə həmin normaların pozulmasının qarşısını almaq, bu pozuntulara qarşı mübarizəni aparmaq və onlara görə cəzalandırmaq öhdəliyinin” təsbit olunduğu “Osman Birləşmiş Krallığa qarşı” iş üzrə (1998-ci il 28 oktyabr) çox məşhur qərarlarını Heydər Əliyevin Milli Məclisə müraciəti əsasında qüvvəyə minən Qanundan bir neçə ay sonra qəbul etmişdi. İkincisi, beynəlxalq sənədlərdə ölüm cəzasının ləğvi ümumi formada nəzərdə tutulsa da müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə bu növ cəzanın tətbiqi imkanının saxlanılması qlobal hüquq məkanında qəbuledilən sayılırdı və hətta hazırda da ABŞ, Yaponiya, Çin, Sinqapur kimi yüksək inkişaf etmiş ölkələr başda olmaqla 30-a qədər dövlətdə ölüm cəzası qalmaqdadır”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Deputatın sözlərinə görə, 2020-ci ildə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanın Vətən müharibəsində inamlı Qələbəsi bölgənin geosiyasi reallığını olduğu kimi, hüquqi mənzərəsini də dəyişdi. Azərbaycan şanlı Zəfəri ilə artıq bütün hallarda ölüm cəzasını ləğv etmək üçün son addımı atmaq əzmini ifadə edə biləcək bir mühitə nail oldu. Bildiyiniz kimi, 2023-cü il fevralın 3-də, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin 3 fevral tarixində Milli Məclisə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar məlum Qanun layihəsini göndərməsindən düz 25 il sonra, Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə Sərəncam imzaladı. Bu, qalib Azərbaycanın hər kəsin yaşamaq hüququnun demokratik cəmiyyətdə əsas dəyər olduğuna və bu hüququn müdafiəsi üçün və bütün insanların şəxsiyyətinə xas olan ləyaqətin tam qəbul edilməsi üçün ölüm cəzasının ləğvinin vacib olduğuna əminliyinin, yaşamaq hüququnun müdafiəsini gücləndirmək arzusunun və müharibə və ya labüd müharibə təhlükəsi zamanı ölüm cəzasını aradan qaldırmayan 6 saylı Protokolu yetərsiz hesab edəcək qədər qəti iradə nümayiş etdirərək bütün hallarda ölüm cəzasını ləğv etmək üçün son addımı atmaq əzminin ifadəsi, hüquq məkanımız üçün isə yeni bir eranın başlanğıcı idi.

“Bu, eyni zamanda, Ulu Öndərin insan konsepsiyasının 25 illik gərgin, hərbi-siyasi və hüquqi qələbələrin birbaşa məntiqi nəticəsi olan təntənəsi idi. Prezident İlham Əliyev 25 il sonra bütün müstəvilərdəki inamlı qələbələri ilə dahi Liderin daha bir vəsiyyətini yerinə yetirməklə Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı olduğunu bir daha təsdiqlədi. 25 il əvvəl dahi Liderin başlatdığı, insan həyatının qanunla müdafiə olunan ən ümdə sosial dəyər olması və dövlət qarşısında yaşamaq hüququnun qorunması və müdafiə edilməsi vəzifəsinin ön plana çəkilməsində ehtiva olunan ölüm cəzasının aradan qaldırılmasına yönəlmiş böyük hüquq davası məhz onun varisi tərəfindən məntiqi finalına çatdırılmış oldu. Prezident İlham Əliyevin 3 fevral Sərəncamı, həmçinin hüquqi islahatların yeni mərhələsi, yeni konstitusion çağırışlar üçün də başlanğıc hesab olunmalıdır. Ölkə Prezidentinin bütün hallarda ölüm cəzasının ləğvi barədə iradə ifadə etməsi bu çərçivədə, ilk növbədə, artıq Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsinin mətn və məzmununda dəyişikliyi zərurətə çevirməkdədir”, - deyən B.Məhərrəmov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb