Bu il Neftçalada 10 min hektar sahədə pambıq əkiləcək
Neftçala, 24 aprel, Mahir Babayev, AZƏRTAC
Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr Neftçalada uğurla icra edilir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 9 min 96 ton pambıq istehsal edən rayon əkinçiləri bu mövsüm pambıq sahələrini 10 min hektara çatdırmaqla, ötən ildəkindən azı min ton çox “ağ qızıl” yığmağı planlaşdırırlar. Bu günə kimi məhsul istehsalçıları 1146 hektar sahədə çiyid səpini aparıblar.
Yüksək reproduksiyalı toxumların əkininə üstünlük verən fermerlər bu il bol məhsul istehsal etmək niyyətindədirlər. Bunun üçün, ilk növbədə, aqrotexniki tədbirlərə ciddi əməl olunur, intensiv istehsal üsullarına üstünlük verilir.
Ötən il hər hektar pambıq sahəsindən 30 sentner məhsul götürən, 20 ildən çoxdur pambıqçılıqla məşğul olan rayonun Yuxarı Qaramanlı kənd sakini, fermer İmaməddin Dadaşov bu il 18 hektar pambıq əkəcək. Artıq 10 hektarda işi başa çatdırıb. Məhsul istehsalçısı səpini optimal müddətdə yekunlaşdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edir. Fermer bu il hər hektar pambıq sahəsindən 35 sentner məhsul götürmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]