Bu il Polşanın müdafiə xərcləri ÜDM-in 4,2 faizinə çatacaq
Bakı, 1 oktyabr, AZƏRTAC
Polşa 2024-cü ildə ümumdaxili məhsulunun 4,2 faizini müdafiəyə ayıracaq, gələn il isə orduya və silah alışına xərclər ÜDM-in 4,7 faizinə çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşavada təhlükəsizlik məsələləri üzrə beynəlxalq forumun açılışında çıxış edərkən deyib.
“Bu il Polşanın müdafiə xərcləri ÜDM-in 4,2 faizini, gələn il isə 4,7 faizini təşkil edəcək. Biz Silahlı Qüvvələrin döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırmaq üçün kifayət qədər vəsait ayırırıq”, - deyə nazir bildirib.
Beləliklə, 2024-cü ildə Polşanın müdafiə xərcləri 159,9 milyard zloti (40,6 milyard dollar) təşkil etməlidir. Avqustun sonunda respublika hökuməti 2025-ci il dövlət büdcəsinin layihəsini hərbi sahəyə 186 milyard zloti (təxminən 48,3 milyard dollar) ayırmaqla təsdiqləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]