Bu il Ukraynada baş verən yanğın hadisələrində 740 nəfər həlak olub
Kiyev, 8 may, AZƏRTAC
İlin əvvəlindən Ukraynada baş verən yanğın hadisələrində 740 nəfər həlak olub. Bu barədə AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir. Məlumata görə, ölümlə nəticələnən yanğınların böyük hissəsi yaşayış evlərində baş verib.
Təkcə, mayın 4-də Ukraynada yaşayış evlərində 201 yanğın baş verib, nəticədə 10 nəfər həlak olub. Yanğınlara səbəb isə insanların təhlükəsizlik qaydalarına əməl etməməsidir. Dövlət Xidməti əhalini bir daha diqqətli olmağa çağırır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]