BU İLİN PAYIZINDA TÜRKDİLLİ ÖLKƏLƏRİN ÜÇ ZİRVƏ GÖRÜŞÜNÜN KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR
Tədbirlərin cari ilin birinci yarısında keçirilməsi nəzərdə tutulsa da, sonradan payız aylarına qədər təxirə salınmışdır.
Artıq, Dünya Türk İş Adamları Assambleyası 6-cı sammitinin noyabrın 18-19-da İstanbulda keçiriləcəyi məlum olmuşdur.
Beşillik fasilədən sonra baş tutacaq Türk Dünyası Baş Assambleyasının zirvə görüşü isə sentyabrda Antalyada keçiriləcəkdir. Bu tədbirlərdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistan nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Dövlət başçılarının zirvə görüşünün vaxtı isə hələ dəqiqləşməmişdir. Xatırladaq ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü 1992-ci ildə Türkiyənin mərhum Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilmişdi. 2001-ci il aprelin 26-27-də İstanbulda keçirilən 7-ci zirvə görüşü isə xalqımızın ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin türk dövlətlərini birliyə və həmrəyliyə çağıran dərin məzmunlu nitqi ilə yadda qalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]