Azərbaycan Dövlət İnformasiya Agentliyi

BUDAPEŞT MƏHKƏMƏSİ RAMİL SƏFƏROVU ÖMÜRLÜK HƏBS CƏZASINA MƏHKUM ETDİ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 13-də Budapeşt paytaxt məhkəməsində Azərbaycan hərbi qulluqçusu Ramil Səfərovun işi ilə bağlı yekun iclası olmuşdur. Proses ərəfəsində Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları istintaq təcridxanasında R.Səfərovla görüşmüş, aprelin 12-də isə soydaşımıza ürək-dirək vermək üçün onunla telefonla danışmışlar.

Məhkəmədə sədrlik edən Andraş Vaşkuti aprelin 13-də səhər iclasını açaraq, müttəhimə son söz verdi. R.Səfərovun çıxışı tərcümə ilə birlikdə 45 dəqiqə çəkdi.

R.Səfərov dedi ki, nələr çəkdiyimi və baş vermiş hadisə ilə əlaqədar nə kimi hisslər keçirdiyimi ifadə etmək çətindir.

İttiham tərəfinin hadisədən dərhal sonra aparılan, özü də R.Səfərovun bilmədiyi rus dilində aparılan birinci ekspertizanın yekunlarına əsaslandığını nəzərə alan soydaşımız faktlar üzərində ətraflı dayandı. Faktlar isə sübut edir ki, o, bu dili həqiqətən bilmir. Lakin ittiham tərəfi birinci ekspertizanın qeyri-obyektiv nəticələrinə bəraət qazandırmaq üçün mənim rus dilini guya yaxşı bildiyimi sübut etmək istəyir. Bu, bir yana, birinci dindirmə hadisədən dərhal sonra, mən hələ də psixoloji stres vəziyyətində olduğum vaxtda keçirilmişdir.

Sonra R.Səfərov hadisə zamanı onun hansı psixoloji vəziyyətdə olduğunu araşdıran ekspertizalara münasibətini bildirərək dedi ki, rus dilində aparılan birinci və türk dilində keçirilən dördüncü ekspertizaların nəticələri ziddiyyətlidir. O, məhkəməyə bir daha bildirdi ki, ikinci və üçüncü ekspertizaların obyektivliyində təkid edir, çünki bu ekspertizalar təsdiqləyir ki, o, əməlini sarsıntı vəziyyətində törətmişdir.

R.Səfərov dedi ki, ermənilərə heç bir qisas hissi bəsləməmişdir. Belə məqsədim olsaydı, bu millətin nümayəndələrinə Türkiyədə divan tutmağa imkanım vardı. Ermənilər Türkiyədə heç də az deyillər. Mən Macarıstana adam öldürməyə yox, oxumağa gəlmişdim. Ona görə gəlməmişdim ki, hərbi karyeramı bada verim və ömrümü həbsxanada keçirim. Hesab edirəm ki, əsgər və zabit öz borcunu döyüş meydanında yerinə yetirməlidir.

Lakin Qurgen Marqaryanın təhqirləri, fitnəkar davranışı keçmişin hadisələrini – onun ad günündə ermənilərin qəddarlıqla doğma şəhərini işğal etdiyini R.Səfərovun yadına saldı. Dəhşətli və qanlı mənzərələr – ermənilərin vəhşicəsinə öldürdükləri azərbaycanlı uşaqlar, qadınlar və qocalar onun gözləri qarşısına gəldi. Ramil xatırlatdı ki, ermənilərin işğalına görə indi bir milyon azərbaycanlı – onların arasında onun da qohumları var – qaçqın-köçkün vəziyyətində yaşayır və doğma ocaqlarına qayıda bilmirlər. Azərbaycan əraziləri hələ də ermənilərin işğalı altında qalmaqdadır.

R.Səfərov dedi ki, ittiham tərəfi mənə erməni təcavüzünün bu nəticələrini unutmağı tövsiyə edir. Məgər macar xalqı 1956-cı ildə Budapeştdə törədilən qanlı hadisələri unuda bilərmi? Başqalarına ibrət olsun deyə ona ömürlük həbs cəzası tələb edən erməni vəkil Q.Qasparın mövqeyi hüquqi xarakter daşımır, çünki hökm faktlara əsaslanmalıdır.

R.Səfərov onun hərəkətinin guya planlaşdırılmış xarakter daşıdığı və Xocalı soyqırımının ildönümü ilə bir vaxta salındığı barədə ittihamı qəti şəkildə rədd etdi. O bildirdi ki, əksinə, bu faciənin növbəti ildönümündə konfrans keçirməyə hazırlaşırdı.

O, ikinci erməni zabitini də öldürmək istədiyi barədə ittihamı qəti şəkildə rədd edərək dedi ki, onun hətta hansı otaqda yaşadığını da bilmirdi. R.Səfərov ikinci ermənini ona qarşı yalançı şahidlikdə təqsirləndirdi. Bu erməninin iddiasına görə, R.Səfərov guya ona da divan tutmağı planlaşdırmışdı. Lakin hakim A.Vaşkuti dərhal onun sözünü kəsərək bildirdi ki, R.Səfərov ermənini yalan ifadə verməkdə təqsirləndirməklə ona qarşı yalançı şahidliyə görə cinayət işi qaldırılmasına, faktiki olaraq, əsas verir. O, hakimin bu sözlərinə cavab verərək bildirdi ki, bunu kiməsə şər atmaq üçün deyil, özünü müdafiə etmək üçün deyir.

R.Səfərovun son sözündən sonra məhkəmə müttəhim barəsində hökm çıxarmaq üçün məsləhətləşməyə getdi. Məhkəmə Azərbaycan zabitini ömürlük həbs cəzasına məhkum etdi.

Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, diasporumuzun nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Macarıstan, Azərbaycan və Türkiyə KİV-lərinin jurnalistləri məhkəmə salonunda idilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər