BUDAPEŞT MƏHKƏMƏSİNİN RAMİL SƏFƏROV BARƏSİNDƏ HÖKMÜ İKİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLƏCƏK
Hökm oxunduqdan sonra hakim A.Vaşkuti iclas iştirakçılarını cinayətin təfərrüatı və istintaqın nəticələri ilə tanış etmişdir. Cinayət faktının daha dərindən anlanılması üçün hakim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq bildirmişdir ki, çoxlu insan tələfatına səbəb olan bu hərbi münaqişə nəticəsində Dağlıq Qarabağ ərazisi hələ də erməni silahlı birləşmələrinin nəzarəti altındadır. Onun sözlərinə görə, hərbi əməliyyatlarda iştirak etməyən müttəhim R.Səfərov çoxsaylı qətllərin və öz həmvətənlərinin başına gələn müsibətlərin şahidi olmuş və bu da onu belə iş tutmağa vadar etmişdir.
Lakin bütün bunlara baxmayaraq, hakim cinayət törədilərkən R.Səfərovun sarsıntı vəziyyətində olması faktını nəzərə almamış və bunu əsas tutmuşdur ki, o, cinayət alətini guya qabaqcadan əldə etmiş və cinayətə cidd-cəhdlə hazırlaşmış, onu törətdikdən sonra isə hadisə yerinə gələn hüquq mühafizə orqanlarının nümayəndələrinə könüllü surətdə təslim olmuşdur.
Hökm elan edildikdən sonra prokuror məhkəmənin qərarı ilə razı olduğunu bildirmişdir. Müttəhim isə qərarla razılaşmadığını bildirmiş və apelyasiya tələb etmişdir. R.Səfərovun vəkili C.Madyar da məhkəmənin son qərarı ilə, cinayətin bilərəkdən və xüsusi qəddarlıqla törədilən qətl kimi tövsifi ilə razılaşmamış və bununla əlaqədar təxirə salmadan apelyasiya verəcəyini söyləmişdir.
Hakim bildirmişdir ki, iş ikinci instansiya məhkəməsinə göndəriləcək və məhkəmə təhqiqatı başa çatanadək R.Səfərov elə həmin istintaq təcridxanasında qalacaqdır.
Bununla da məhkəmə iclası başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [17:15]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [17:03]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [16:26]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [16:18]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [15:10]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:52]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:44]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [14:23]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 10.10.2026 [14:09]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 10.10.2026 [13:52]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
- 10.10.2026 [13:44]