DÜNYA
Buxarestdə yüzlərlə insan koronavirus məhdudiyyətlərinə qarşı etiraz edib VİDEO
![Buxarestdə yüzlərlə insan koronavirus məhdudiyyətlərinə qarşı etiraz edib VİDEO](/files/2021/3/1200x630/16333481684495343831_1200x630.jpg)
Buxarest, 4 oktyabr, AZƏRTAC
Məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq minlərlə insan Buxarestə toplaşıb. Bu Rumıniyada koronavirusa yoluxanların gündəlik rekord artımı - 12.5 min nəfərdən çox qeydə alındığı vaxt baş verib. AZƏRTAC xəbər verir ki, nümayiş dinc şəraitdə, lakin sanitariya məhdudiyyətlərinə riayət edilmədən keçirilib. Etirazçılar yaşıl sertifikatların ləğv edilməsini və peyvəndlərin dayandırılmasını tələb edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, Rumıniyada oktyabrın 3-dən etibarən, koronavirus xəstəliyinə yoluxma hallarının hər min nəfərə 6 halın qeydə alındığı qəsəbələrdə bütün ictimai yerlərdə maska taxmaq məcburidir. Kafeləri, kinoteatrları, eləcə də toy və digər mərasimləri ziyarət etmək yalnız peyvənd olunanlara və xəstəliyi keçirənlərə icazə verilir.
Xatırladaq ki, Buxarestdə xəstəliyin nisbəti hər 1000 nəfərə 8 haldan çoxdur. Bu, pandemiyanın bütün dövrü üçün rekord sayılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest