BUXARESTİN BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş “Henri Koande” beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi təyyarənin pilləkəni yanında Rumıniyanın iqtisadiyyat və ticarət naziri İoan-Dan Popesku və xanımı Yelena Popesku, bu ölkə Prezidentinin müşaviri Dmitri Xonçu, hökumətin yüksək vəzifəli şəxsləri, respublikamızın Buxarestdəki səfiri Eldar Həsənov, səfirliyin əməkdaşları, Rumıniyanın Bakıdakı səfiri Nikolaye Ureke, Azərbaycan diasporunun nümayəndələri səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Azərbaycan Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Buxarestdə onun üçün ayrılmış “Vila Lak-1” iqamətgahına gəldi.