Buzovnada sürücüyə qarşı quldurluq edən iki nəfər saxlanılıb
Bakı, 15 fevral, AZƏRTAC
Buzovna qəsəbəsində iki nəfər sürücünü döyərək ondan mobil telefonunu alıb və avtomobilini əzib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2 min manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:46]
Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir
- 08.06.2026 [12:38]
Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
- 08.06.2026 [12:32]