İQTİSADİYYAT
Cari ilin oktyabrında “195-2” Telefon Məlumat Mərkəzinə 400-ə yaxın müraciət daxil olmuşdur
Bakı, 10 noyabr (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların və müraciətlərin cavablandırılması məqsədilə yaradılmış “195-2” Telefon Məlumat Mərkəzinə (TMM) cari ilin oktyabrında 400-ə yaxın müraciət daxil olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı olmuşdur. Ümumilikdə isə “195-2” TMM-ə indiyədək 22 mindən çox müraciət edilmişdir.
Mərkəzə daxil olan müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin əlaqədar strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə araşdırılır və müvafiq tədbirlər görülür.
Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində fasiləsiz olaraq saat 9-dan 18-dək fəaliyyət göstərir.
Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:33]
Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb
- 02.07.2024 [15:17]
Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO
- 02.07.2024 [15:07]
Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib
- 02.07.2024 [15:02]
Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb
- 02.07.2024 [14:46]
® ABB “AKA Bank”la müqavilə imzalayıb
- 02.07.2024 [14:33]