CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 14-də saat 18.30-dan aprelin 15-i saat 03.00-dək ara-sıra Ermənistanın Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsindəki mövqelərini, saat 15.40-dan gecə saat 02.45-dək fasilələrlə Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, o cümlədən Aşağı Veysəlli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 23.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan aprelin 15-i saat 01.00-dək Goranboy rayonunun Tap qaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 15-də saat 01.25-dən 01.35-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]